Məzmun Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar.
Film haqqında Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Vaqif Səmədoğlu Quruluşçu rejissor: Ramiz Həsənoğlu Quruluşçu operator: Adil Abbasov Bəstəkar: Cavanşir Quliyev Rejissor: Anaxanım Abdullayeva Montajçı: Əhməd Məcidov Quruluşçu rəssam: Rəfael Əlizadə Səs rejissoru: Firudin Hüseynov, Teymur Abdullayev, Teymur Kərimov Operator: Qafur Sədiyev Qrim rəssamı: Elbrus Vahidov Geyim rəssamı: Altay Quliyev Qrim ustası: Hikmət Qurbanov Səsyazma mühəndisi: Rəşid Mövsümzadə, İkram Məmmədov Səsyazma operatoru: Həmid Rəsulov, Arif Qurbanov Rejissor assistenti: Anar Həşimzadə İşıq ustası: Ramiz Axundzadə Kostümer: Elmira Quliyeva Mahnı ifa edir: Aygün Kazımova Redaktor: İlhamiyyə Rzayeva Filmin direktoru: Nazim Dadaşov Prodüser: Ramiz Həsənoğlu Musiqisindən istifadə edilən bəstəkar: Frederik Şopen
Rollarda Səyavuş Aslan — rəis Afaq Bəşirqızı — Zəhra Yaşar Nuri — Kazım Hacı İsmayılov — Qafar Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) — Jalə Cahangir Novruzov — Cahangir Məbud Məhərrəmov — Qərib Ramiz Məmmədov — Ramiz Ələkbər Hüseynov — Ələkbər Nicat Xəlilov — Kazımın oğlu Ələsgər Məmmədoğlu — Ələsgər Larisa Vinoqradova — çətirli qadın Sabir Sultanov — Feyzulla Rafael İsgəndərov — oğru Qurban Məsimov — Elman Elman Rəfiyev — restoran işçisi Arif Həkimoğlu — gömrük işçisi V.Salahlınski R.İrəvani-Bakuvi E.Dağıstanlı T.Stekolnikova Y.Volodina L.Kovalyova S.Vetrova F.İsgəndərov R.Tahirov R.Sultanov R.Əhmədov İ.Viskun R.Rüstəmov R.Qasımzadə R.Ələkbərov Elbrus Vahidov — gömrük işçisi Vaqif Səmədoğlu — fotoqraf Ramiz Həsənoğlu — fotoqraf
Çəkilişə köməklik edən qurumlar Azərbaycan Dəmiryolu Keşlə Yük Stansiyası Bakı Şəhər Baş Polis İdarəsi Bakı Şəhər Yaşıllaşdırma Sovxozu Royal-klub "Flaminqo" şou-baleti
Çəkilişə kömək edənlər Nazim Cəfərov Vaqif Sadıqov Balağa İslamov Aqşin Bəkirzadə Lyudmila Zotina Rəhimə Nuri Gülşən Salmanova Sərhəd Qasımov Aslan Rüstəmov Mahmud Rüstəmov
Xarici keçidlər Yaşıl eynəkli adamın qohumları — Fotosessiya
Həmçinin bax Yaşıl eynəkli adam (film, 1987) Yaşıl eynəkli adam-3 (film, 2002)
Kateqoriya:1999-cu ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:"Sabah" yaradıcılıq birliyi Kateqoriya:Ramiz Həsənoğlunun filmləri