() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov-lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov-silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd-qara rənglidir. Çiçəkyanlığının daxili yarpaqları çəhrayı rənglidir; dodaqcıq çiçəkyanlığının yarpaqlarından uzun, açıq-çəhrayı rəngli, al ləkələrlə örtülmüşdür; xarici yarpaqları isə yumurtavaridir. Mahmızı yumurtalıqdan 3-4 dəfə qısa, küt, bükülmüş şəkildə aşağı yönələndir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun aylarına təsadüf edir. Subalp qurşağının çəmənliklərində rast gəlinir, toxumla çoxalır, işıqsevən, quraqlığa az davamlı, dekorativ bitkidir.
Yayılması Böyük Qafqazın Quba hissəsi (Quba rayonu).
Sayı və tendensiyası Təbii ehtiyatı azdır. Zəif təkrarlanması, antropogen təsirlər populyasiyanın sayını sürətlə azaldır.
Məhdudlaşdırıcı amillər Əhali tərəfindən dekorativ bitki kimi toplanılması, mənfi təsirlərə məruz qalması gələcəkdə azalma təhlükəsini yaradır.
Mühafizə tədbirləri Xüsusi qorunma tədbirləri aparılmır. Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları