Xorvatiya müharibəsi və ya Xorvatiyanın müstəqilliyi uğrunda müharibə — Xorvatiyanın Yuqoslaviya federal birliyindən çıxması nəticəsində baş vermiş hərbi münaqişədir. Müharibə Deyton sazişisinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnmişdir. Yuqoslav müharibəsinin bir hissəsi kimi tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşüb.

Müharibənin başlanğıcında döyüşlər əsasən xorvat polisi ilə etnik serblər arasında gedirdi. Mərkəz Belqradda serblərin əhəmiyyətli təsiri nəticəsində Yuqoslaviya hökuməti serblərə gözəçarpan yardım etməyə başlayır. Bunu və digər diskriminasiyalara cavab olaraq, həmçinin milli amili nəzərə alıb, xorvatlar Yuqoslaviyadan öz müstəqilliklərini elan edirlər. Münaqişənin əvvəlində Yuqoslaviya Xorvatiyanı tərkibində saxlamağa cəhd etmiş və qiyamçı ölkənin böyük hissəsini zəbt etmişdir.Veljko Kadijević: Moje viđenje raspada, Belgrade, 1993., p. 134-135

Xorvatiyada bu müharibə Vətən müharibəsi (xorvatca: Domovinski rat) və ya Böyük Serb təcavüzü (xorvatca: Velikosrpska agresija) adlanır.Greater Serbia: from ideology to aggression, Zagreb, Croatian Information Centre, 1993. Serbiyada münaqişəni nəzərdə tutanda Xorvatiyada müharibə (serbсə: Rat u Hrvatskoj) adlandırmasından daha çox istifadə edirlər.

Tarixi Serblər müasir Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamışlar. Serblərin bu ərazilərdə sayca çoxalma səbəbi ilk növbədə Osmanlı İmperiyasının ələ keçirdiyi torpaqlardan Xorvatiyaya çoxlu qaçqınlarının gəlməsi olmuşdur.

1918-ci ildən Xorvatiya Yuqoslaviyanın tərkibində olmasına baxmayaraq İkinci dünya müharibəsi dövründə müstəqillik qazanmışdır. Yeni müstəqillik qazanmış ölkə Üçüncü Reyx ilə sıx əməkdaşlıq edirdi. Lakin bu dövrdə (1941-ci ildə) serb hərbi birləşmələri də Üçüncü reyx tərəfindən çıxış etmiş və balkan müsəlmanları ilə xorvatlara qarşı etnik təmizləmələr aparmışdır. Ancaq ölkənin müstəqilliyi İkinci dünya müharibəsində Üçüncü reyxin məğlub olması və şərq cəbhəsinin irəliləməsi nəticəsində sona bitir.

Yuqoslaviyanın dağılması Yuqoslaviyada xalqlararası münasibətlərin gərgin olduğu dövrdə Xorvatiya Konstitusiyasına dəyişiklik edilərək "Xorvatiya xorvat xalqının dövlətidir" əlavəsi artırılır. İşçi yazışmasının kiril əlifbası ilə aparılmasına qadağa qoyulur. Buna cavab olaraq Xorvatiya Sosialist Respublikasının (o dövrdə Yuqoslaviyanın federal üzvlərindən biri) inzibati əraziləri daxilində yaşayan serblər 1990-cı ilin dekabrında Serb muxtar vilayəti Krayinanı elan edirlər. 1991-ci ildə krayina serbləri Xorvatiyanın tərkibindən çıxmaq və Serb Respublikasına birləşmək üçün referendum keçirirlər və səsvermədə (serb mənbələrinə görə) əhalinin çoxu təklifə razılıq verir. 25 iyul 1991-ci ildə Xorvatiya Sloveniya ilə birlikdə Yuqoslaviyadan öz müstəqilliyini elan edir. Bununla da Yuqoslaviyanın parçalanması davam edir.

Müharibə 200px|thumb|left|Drnis yolunda partladılmış serb tankı 1991-ci ilin iyun-iyul aylarında Yuqoslav Silahlı Qüvvələri Sloveniyada qısa müddətli uğursuz hərbi əməliyyatlar keçirir. Ölkənin müstəqilliyini labüd olduğunu anlayan yuqoslav mərkəzi hökuməti bütün gücünü müstəqilliyini yeni elan etmiş xorvat dövlətinə qarşı döndərir və yuqoslav ordusu daxili xorvat polis hissələri ilə döyüşə cəlb olunur. Genişmiqyaslı müharibə 1991-ci ilin avqust ayında başlayır. YSQ-nin zirehli texnika, artilleriya və havada tamamilə üstünlüyə malik olmasına baxmayaraq, ümumilikdə qeyri-effektiv əməliyyatlar aparırdı. Bəzi ekspertlərin rəyinə görə buna səbəb ordunun daxili yox, xarici təcavüzə qarşı yaradılması səbəbi idi. Müharibə ərzində ən böyük hadisələrdən biri Dubrovnik ilə Vukovarın mühasirəsi olub. Dekabr ayında, müharibənin ən qızğın dövründə Serbskaya Krayina Respublikası elan edilir.

1992-ci ilin yanvarında tərəflər arasında yenidən atəşkəs razılaşması bağlanır (sayca 10-cu). Məhz bu razılaşma əsas hərbi əməliyyatları dayandırır və həmin ilin martında ölkəyə BMT-nin (UNPROFOR missiyası) sülhməramlı qoşunları yeridilir. 1991-ci ilin nəticəsinə görə Xorvatiya müstəqilliyini qorumuş, lakin serblərin çoxluq təşkil etdiyi əraziləri itirmişdir. Növbədi üç il ərzində Xorvatiya öz daimi ordusunu gücləndirərək qonşu Bosniya və Herseqovinada vətəndaş müharibəsində iştirak edir və Serbskaya Krayinaya qarşı bir neçə hərbi əməliyyatlar keçirir.

1992-1995-ci illər arası müharibənin aktiv fazası yenidən başlayır. 1995-ci ildən SKR beynəlxalq birliyin mərkəz Belqrad, Serbiyaya təzyiqi nəticəsində tamamilə dəstəyi itirir. Xorvatiya "İldırım" əməliyyatı çərçivəsində qərbi Slavoniyanı ələ keçirir. Buna cavab olaraq paytaxt Zaqreb serblər tərəfindən güclü raket atəşinə tutulur. Raket atəşi nəticəsində 7 nəfər ölür, 175-dən çox mülki əhali yaralanır.

Bir çox xorvat şəhərləri müharibə ərzində SKR əsgərləri və partizan serb döyüşçüləri tərəfindən Bosniya və Herseqovina, Monteneqro və Serbiya ərazilərindən raket atəşinə tutulurdu. Ən çox zərbə endirilən şəhərlər sırasına Vukovora, Broda (Vučjak dağından)HIC Hrvatski spomenar – 21. kolovoza-31. kolovoza "Srbi s planine Vučjak u BiH neprekidno granatiraju Slavonski Brod" və Jupanye HIC 26. listopada "Neprekinuta opća opasnost u Županji traje još od travnja 1992.......Srbi iz Bosne grad gađaju oko 12 ili oko 15 sati, kada je na ulicama najviše ljudi." (1000 gündən çox) daxildir.

1995-ci ilin avqustunda xorvat ordusu "Tufan" əməliyyatını keçirir və bir neçə günə krayina serblərinin müdafiə xəttini yarır. Serbskaya Krayinanın süqutu serblərin bu ərazilərdən kütləvi çıxmasına gətirib çıxarır. Dörd gün sonra Xorvatiyanı 150-200.000 serb tərk edir. Ancaq RSK mənbələri (Kovačević, Sekulić, Vrcelj) serblərin evakuasiyasının əvvəlcədən planlaşdırıldığı və təşkil edildiyini təsdiq etmişlər.Barić, Nikica: Srpska pobuna u Hrvatskoj 1990.-1995., Golden marketing. Tehnička knjiga, Zagreb, 2005 (mənbə:Drago Kovačević, "Kavez – Krajina u dogovorenom ratu", Beograd 2003., p. 93.-94Milisav Sekulić, "Knin je pao u Beogradu", Bad Vilbel 2001., p. 171.-246., p. 179 Marko Vrcelj, "Rat za Srpsku Krajinu 1991-95", Beograd 2002., p. 212.-222. Ədəbiyyat bölməsinə bax) BBC müxbirlərinin sözlərinə görə bəzi şəhərlərə xorvat ordusu tamamilə boşalmış halda daxil olublar. Serbskaya Krayinadan 200.000 etnik serblərin qaçqın düşdüyünü də məhz BBC yayımlamışdır."Evicted Serbs remember Storm" , Matt Prodger, BBC News"Croatia marks Storm anniversary" , BBC News, 5 August 2005.

Öz torpaqlarında müvəffəqiyyət qazanmış xorvat ordusu qonşu Bosniya və Herseqovinaya daxil olur və orada müsəlmanlarla birlikdə bosniya serblərinə qarşı hücuma başlayır. NATO-nun münaqişəyə girişi nəticəsində oktyabrda atəşkəs razılaşdırılır, 1995-ci il, dekabr ayının 14-də isə keçmiş Yuqoslaviyada hərbi əməliyyatları sona bitirən Deyton sazişi imzalanır.

Əsas hadisələrin xronologiyası Tarix Hadisə 31 mart 1991 Plitvays gölündə insident 2 may 1991 Borovo Selo öldürülməsi 1 avqust 1991 Dalj öldürülməsi Avqust 1991 Battle of Dalmatia uğrunda döyüş Sentyabr 1991 Vukovar uğrunda döyüşlərin başlanması 14–19 sentyabr 1991 "Kazarmalar döyüşünün" əsas hissəsi 1 oktyabr 1991 Dubrovnik mühasirəsinin başlanması 4 oktyabr 1991 Dalj qırğını 5 oktyabr 1991 Xorvatiya ümumi səfərbərlik başlayır 7 oktaybr 1991 YSQ xorvat hökumət binalarını bombalayır 10 oktyabr 1991 Lovas qırğını 10–13 oktyabr 1991 Široka Kula qırğını 16–18 oktyabr 1991 Gospiç qırğını 20 oktyabr 1991 Baçin qırğını 31 oktyabr 1991 – 4 no 1991 "Otkos 10" əməliyyatı 7 noyabr 1991 Lipovaca, Vukoviçi və Saborskoda etnik təmizləmələr 18 noyabr 1991 Vukovar uğrunda döyüşün bitməsi. Vukovar qırğını. 18 noyabr 1991 Škabrnja qırğını 12 dekbar 1991 – 3 yanvar 1992 "Orkan 91" əməliyyatı 13 dekabr 1991 Voçin qırğını 21 dekabr 1991 Bruşka qırğını 21 iyun 1992 Miljevci yaylası döyüçü 22 iyun 1993 "Maslenica" əməliyyatı 9–17 sentyabr 1993 Medak anklavında əməliyyat Yanvar 1995 Z-4 planının qurulması 1–3 may 1995 İldırım əməliyyatı 2–3 may 1995 Zaqrebin raket atəşinə tutulması 4–7 avqust 1995 Tufan əməliyyatı 12 noyabr 1995 Erdut razılaşmasının imzalanması

İtkilər Hər iki tərəfdən çoxlu sayda qaçqınlar vardır. Serbskaya Krayina Respublikasından 1991-1995-ci illər arası 160 min etnik xorvat qovulmuşdur. Eyni zamanda Yuqoslaviyanın qırmızı xaç cəmiyyəti Xorvatiyadan 250 min etnik serb qaçqını qeydə almışdır.

200px|right|thumb|Yuqoslav Silahlı Qüvvələrinin Xorvatiyaya qarşı əməliyyat planı Bir çox mənbələr hər iki tərəfdən 20.000 insanın həlak olmasını iddia edir. Xorvatların itkisi 12.000-13.000 həlak olan və itkin düşən təşkil edir. Polkovnik İvan Qruiçin sözlərinə görə 12.000 nəfər həlak olmuş və ya itkin düşmüşdür ki, onlardan 6788-i əsgər, 4508 nəfəri isə mülki əhalidəndir. 1996-cı ildən Xorvatiyanın rəsmi mövqeyinə görə 12.000 ölən, 35.000 yaralanan olmuş, 18000 mənzil məhv edilmiş iqtisadiyyat 25% dağıdılaraq ölkəyə 27 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Təxminən 196.000Civil and Political Rights in Croatia . Human Rights Watch (October 1995). Retrieved 5 September 2009.-221.000 arası xorvat müharibə nəticəsində yurdlarından didərgin düşmürdür. BMT kimi digər mənbələrdə 500 mindən çox qeyri-serblərin və xorvatların, serblərin ələ keçirdiyi ərazilərdən qaçqın düşdüyü bildirilir. ATƏT-in hesabatına görə 2006-cı ildə 221.000 qaçqın düşmüş əhalidən 218 mini yurdlarına qayıtmışdır. Qeyd edilir ki, müharibədə mülki əhalinin qaçqın düşməsi əsasən Yuqoslav Silahlı Qüvvələrinin 1991-1992-ci illər arası müharibədə iştirakı dövrünə düşür.

Belqradda yerləşən qeyri-hökumət təşkilatı "Veritasın" siyahısına əsasən Serbskaya Krayina Respublikasından 6780 nəfər həlak olmuş və itkin düşmüşdür. Onlardan 4324-ü döyüşçü, 2344-ü isə mülki əhali olub. Həlak olan və itkin düşənlərin çoxusu 1991-ci ilin yazına (2442) və 1995-ci ilə (2394) düşür. Ən çox ölüm Şimali Dalmatiyada baş verib (1632). YSQ rəsmi açıqlamada öz tərəfindən ölənlərin sayını 1279 nəfər göstərmişdir. Ancaq çox yəqin ki, bu məlumat saxtalaşdırılıb və say süni olaraq aşağı salınıb. Məlumat var ki, Yuqoslav Silahlı Qüvvələrinin bir briqadadakı itkini rəsmi açıqlamada 2 nəfərin yüngül yaralandığını bildirsə də reallıqda xorvat ordusunun zərbələri nəticəsində 5 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı məlum olurdu.

Serb mənbələrinə görə ümumilikdə 447.316 nəfər etnik serb qaçqın düşüb. Onlardan 120.000 nəfəri 1991-1993-cü illə arası, 250 min nəfəri isə "Tufan" əməliyyatından sonra qaçqın düşüb.Bilten . Veritas (December 1999). Retrieved 5 September 2009. Bir çox beynəlxalq mənbələr 300.000 serbin qaçqın düşdüyünü bildirir. "Beynəlxalq amnistiya" təşkilarının məlumatlarına görə 300.000 serb 1991-1995-ci illər arası qaçqın düşmüş, onlardan yalnız 117 mini 2005-ci ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır.Croatia: Operation "Storm" – Still No Justice Ten Years On. Amnesty International (4 August 2005). Retrieved 5 September 2009. ATƏT-in məlumatlarına əsasən isə 300.000 müharibə zamanı qaçqın düşmüş, onlardan 120 min nəfəri 2006-cı ildə müharibədən əvvəl yaşadığı ərazilərə geri qayıtmışdır. Buna baxmayaraq bəzi mənbələrə görə rəqəmlər dəqiq olmaya bilər. BMT-nin verdiyi məlumata əsasən 2008-ci ildə Xorvatiyaya qayıdan 125 min nəfəri rəsmi olaraq qeydə almışdır. Onlardan 55 min nəfəri, həmişəlik ölkədə qalacaqlarını bildirilmişdir.Croatia: Selected Developments in Transitional Justice . International Center for Transitional Justice. Retrieved 5 September 2009.

İstinadlar

Ədəbiyyat Barić, Nikica: Srpska pobuna u Hrvatskoj 1990-1995., Golden marketing. Tehnička knjiga, Zagreb, 2005. (from this book are references under, until Vrcelj) RSK, Vrhovni savjet odbrane, Knin, 4. avgust 1995., 16.45 časova, Broj 2-3113-1/95. Faksimil ovog dokumenta objavljen je u/The faximile of this document was published in: Rade Bulat "Srbi nepoželjni u Hrvatskoj", Naš glas (Zagreb), br. 8.-9., septembar 1995., p. 90.-96. (faksimil je objavljen na stranici 93./the faximile is on the page 93.).