Təzəkənd bazilikası – Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən VI əsrə aid alban kilsəsinin xarabalıqlarıdır.
Tarixi Mxitar Qoşnın "Alban salnaməsi"ndə Alban katalikosu Lazar haqqında yazarkən göstərir ki, "o, Baqməcdə (Bərdə və Beyləqan arasında yer) Hazarapatı (kəndini) və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. O, bunları Allah-təaladan ona vəhy gələndən sonra bina etmişdir." Təzəkənd bazilikasının həmin Pantaleon kilsəsinin olduğu fikri var.
Memarlıq xüsusiyyətləri Bina, plan baxımından iki cüt sütunla bölünmüş üçnefli bazilikadır. Bina yaxşı yonulmuş daş və kərpicdən inşa edilmişdir. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir. Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir. Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, düzbucaqlı formalara malik olan keşiş cübbələrinin saxlandığı yerlə yandakı neflər başa çatırdı.
Bazilikanın döşəməsi bişmiş kərpicdən hazırlanmışdır. Qapı oyuğu qərb tərəfdə yerləşirdi. Səcdəgah absidası nalşəkilli formaya malik idi. Bir-birindən 2 metrlik məsafədə yerləşən sütunlar da çaydaşından tikilmişdir.
Bazilikanın səcdəgahının qarşı hissəsinin təmizlənməsi zamanı aydın olmuşdur ki, səcdəgah hissəsi neflərin döşəməsindən 45 santimetr ucada yerləşir. Bazilika ərazisində tapılmış saxsı materiallarına əsasən bu abidəni V–VI əsrə aid edirlər. Amaras monastırındakı bazilikadan fərqli olaraq Təzəkənd bazilikasının apsidası düzbucaqlı içinə daxil edilməmişdir.
Tədqiqi Məbədin qalıqları 1963-cü ildə aşkara çıxarılmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Alban kilsələri Kateqoriya:Ağcabədi rayonunun abidələri Kateqoriya:V əsrə aid kilsələr Kateqoriya:VI əsrə aid kilsələr Kateqoriya:Bazilikalar