Ordubad — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi.

Etimologiyası Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur.

Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir.Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır.

Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir.

Qədim türk dillərində Ordubad oykonimi "iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür. Keçmişdə şəhərin adı Orduvar şəklində də qeydə alınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti

Mahmud Kaşğarlı (XI əs)) "ordu" sözünün "xaqanın yaşadığı yer, mərkəz" mənasında izah etmişdir. Coğrafi adın tərkibindəki "ordu" sözünün "qoşun" mənası XIV əsrdən sonra yaranmışdır.Naxçıvan ensiklopediyası II cild

Tədqiqatçı Ə.Fərəzli Ordubad toponiminin izahını verərkən Ordubadın Atropat adını bu günədək özündə qoruyub saxlayan yer adlarından biri olduğunu qeyd etmişdir. O, toponimdə ordu ucalığından yox, "od ucalığından" söhbət getdiyini bildirmişdir. Odbad-Otbad-Atbad-Ortbad-Ord(u)bat-Otrbad-Atrbad-Atropat kimi tarixi inkişaf yolu keçmiş və günümüzdə "Ordubad" şəklində sabitləşmişdir. Filologiya elmləri doktoru, professor Y.Axundlu isə Ə.Fərəzlinin izahı ilə razılaşmayaraq, bunun əksi istiqamətdə inkişaf yolu keçdiyini qeyd etmişdir.Yəni Atrobat-Atrobad-Ortbad… nəhayət Ordubad.

Eramızdan əvvəl IV yüzillikdə yaranmış Atropatena dövləti daxilində, dövlətin banisi olan Atropatın adının verildiyi ərazinin olması ehtimalı bu izahın mümkünlüyünü göstərir.

Əliqulu Fərəcov şəhərə həsr etdiyi tarixi-iqtisadi oçerkdə sözün mənşəyi ilə bağlı yazır ki, hərfi tərcümədə "ordu dayanacağı" və ya "düşərgə yeri" mənasını verməsinə baxmayaraq, yaşlı əhali sözün "Ordbehişt" adının təhrif olunmuş forması olduğunu təsdiq edir.

Coğrafiyası Ordubad rayonu Arazın sol sahilində,Zəngəzur silsiləsinin ətəyindədir. Relyefi əsasən dağlıq,az bir hissəsi dağətəyi ,5–6 faizi isə aran ərazisindən ibarətdir.Ordubad, əvvəllər Fars ərazisində, indi isə Azərbaycan Respublikasında, şərqi Zaqafqaziyanın Araxes (Aras) çayının orta axarının şimal sahilində yerləşən bir şəhərdirEncyclopædia Iranica (C. Edmund Bosworth)

July 20, 2002. Təbrizdən təxminən 94 km şimal-qərbdədir və 948 m yüksəklikdədir. Ordubad şəhəri şimaldan Aşağı Əndəmic kəndi ilə, şərqdən Kotam kəndi ilə, cənubdan Araz çayı ilə, qərbdən isə Dəstə kəndi ilə həmsərhəddir.

Ordubad rayonu ərazisində olan Misdağ yatağı Vənəndçayın yuxarı hissəsində yerləşir və əsasən malaxit, xalkopirit, xalkozin, minerallarından ibarətdir. Buradakı yataqlar faizli mislə müşahidə olunur. Onların tərkibində mis 0,3–8,25%-ə qədər, bəzən isə 21,56%qədər olur. Misdağ filiz sahəsində iki mis-qızıl yatağı mövcuddur. Birincisi filiz sahəsinin mərkəzi hissəsini əhatə edir ki, Ağyurd yatağıdır. İkinci Kətəm-Kələki ərazsinin mərkəzi hissəsindən şimal-şərqdə yerləşən Şəkərdərə yatağıdır. Bu yataqlarda qızılın miqdarı 0,5q/t,gümüş isə 13,2q/t qədərdir. Qeyd edək ki, geoloji ədqiqat işləri zamanı Şəkərdərədə qədim mədən yerlərinin bərpa olunması ilə yanaşı burada əsasən iki filiz zonası qeydə alınmışdır. 1Damar tipli mis filizləri;2 Mis-pirit filizləri.

Geoloji quruluşu Ərazidə, əsasən, Təbaşir və Antropogen çöküntüləri yayılmışdır.

Ordubad çayları Əsas çayları Gilan, Parağa, Vənənd, Ordubad, Əylis və Düylün çaylarıdır. Gilan Zəngəzur silsiləsinin 2700 m yüksəklikdəki yamaclarından formalaşır. Gilançayın 8 əsas qolu vardır. Düylün Zəngəzur silsiləsindən (2400 m) formalaşır. Vənəndçayın mənbəyi Qaplançaydan başlayıb Zəngəzur silsiləsinin 3400 m yüksəklikdəki cənub-qərb yamaclarında yerləşir. Əylisçay Vardanaxdərə və Dabaxlıdağ çaylarının qovuşmasından (3100 m) yaranır. Onun 3 qolu vardır. Ordubadçayın mənbəyi 3200 m yüksəklikdə yerləşir. Çayın 5 qolu vardır.

Landşaftları və bioloji müxtəlifliyi. Boz, çəmən-boz, allüvial- çəmən, dağ-meşə, çimli dağ-çəmən torpaqlar yayılmışdır. Ərazinin iqlimi yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır.

Bitki örtüyü Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr(600–1200m) səhra və yarımsəhra bitkiləri,orta dağlıq sahələr dağ-kserofit bitkilər,yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür.Naxçıvan Ensklopediyası 2cild

Ordubad ərazisində bitən nadir bitkilər aşağıdakılardır:

Qarabağ dağlaləsi () — Ordubadın dağ ətəylərində Qaraquş zəngçiçəyi () — Zəngçiçəklilər fəsiləsindən olan mürəkkəb rəngli dağ çiçəyidir.Orubadın çəmənliklərində yayılmışdır. Güləbətin () — Qaymaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ordubadın "Göygöl" ərazilərində yayılmışdır. Tıs-tıs () — Ən çox Ordubadın uca dağlarında bitir. Komarov şaqqıldağı () — Elmdə ilk dəfə rus botaniki Komarov tərəfindən öyrənilmiş kol bitkisinin boz yaşıl çiçəkləri vardır. Ordubadın dağ yamaclarında daha çox yayılmışdır. Çox rəngli dağlaləsi () — Zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ləçəkləri ağ-narıncı rəngdə olub otlaqlarda yayılmışdır. Muxtar Respublikanın bütün rayonlarında dağ və təpəlik çəmənliklərində rast gəlinir. Kirpiyə bənzər tıs-tıs () — Sıx xırda çiçəklərlə əhatə olunmuş bitki, sanki kirpiyə oxşayaraq tikanlıdır. Muxtar Respublikanın əksər rayonlarında dağ yamaclarında yayılmışdır. Gəvən () — Paxlalılar fəsiləsindən olan çoxillik tikanlı bitkidir. Muxtar Respublikanın Ordubadın yüksək dağ yamaclarında (quzeylərdə) yayılmışdır. Çaytikanı () — İydə fəsiləsindən olan kol bitkisi. Çaytikanı kol bitkisinə əsasən Muxtar Respublikasının Ordubad və rayonundakı çay kənarlarında rast gəlinir. Boymadərən () — Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Naxçıvan MR-da bütün rayonlarında çəmən və çay sahillərində yayılmışdır. Gülxətmi () — Muxtar Respublikanın bütün rayonlarında dağ-çəmən və düzənliklərdə xüsusən çay kənarı kolluqlarda yayılmışdır. Kəklikotu () — Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisinin vətəni Qafqaz dağlarıdır. Naxçıvan MR-da kəklikotu bitkisi əsasən Ordubad rayonundakı "Göygöl" ətrafındakı güneylərdə ətirli növü yayılmışdır. Dağnanəsi () — Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisidir. Azərbaycanda nanənin beş növü o cümlədən Naxçıvan MR-da rayonlarında dağ ətəyi çay sahilllərində iki növü yayılmışdır. Zirinc () — Zirinckimilər fəsiləsindən olan kol bitkisi. Yer üzündə 175 növü vardır ki, Azərbaycanda 6 növündən 4-ü Naxçıvanda yayılmışdır. Naxçıvan MR-da Ordubadın dağ ətəyi kolluqlarda daha çox yayılmışdır. Dovşanalması () — Muxtar Respublikanın Ordubad rayonunda kolluqlarda yayılmışdır. Yemişan () — Gülçiçəklilər fəsiləsindən olan kol bitkisinin vətəni Amerikadır. Muxtar Respublikanın Ordubadın dağ ətəyi kolluqlarda yayılmışdır. Dağdağan () — El arasında bəzən bu kol-ağaca "müqəddəs daş ağacı" da deyərlər. Qaraağackimilər fəsiləsindən olan bitkinin yarpaqları payızda tökülür, gövdəsinin hündürlüyü 3 metrdən artıq olur. Naxçıvan MR-da yalnız Ordubad və Culfa rayonlarındakı dağ yamaclarında seyrək bitmişdir. İnnab () — Murdarçakimilər fəsiləsindən kol-ağac bitkisidir. Ordubadda daha çox yayılmışdır. Sumaq () — Hündür kol-ağac bitkisi olmaqla vətəni Kiçik Qafqaz (Ordubad) və Abşeron yarımadasındakı Qobustanda yayılmışdır. Naxçıvan MR-da Ordubad rayonu ərazilərindəki dağ ətəylərində yayılmışdır. Ardıc () — Sərvkimilər fəsiləsindən olan həmişəyaşıl ağac-koldur. Ordubadın dağ ətəylərində geniş yayılmışdır.Səfəralı Babayev.Naxçıvan Muxtar Respublikasının coğrafiyası.Naxçıvanş1999.238s Bənövşə () — İkiləpəlilər sinfindən olan çoxillik ot bitkisi dağ zirvələrində rast gəlinir. Baldırğan () — kərəvizkimilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Baldırğanın Azərbaycanda 8 növü, Naxçıvan Muxtar Respublikası|Naxçıvan MR-da isə 2 növü yayılmışdır. Ordubadın geniş yayılmışdır. Qafqaz xurması (xirnik), () — Ebenakimilər – Ebena fəsiləsindən olan subtropik çoxillik bitki növü. Bitki −25 Cº şaxtaya dözdüyü ümün Naxçıvan Muxtar Respublikasının iqliminə dözümlüdür. Son illərdə Astaradan gətirilmiş tinglərlə həvəskar bağbanlar tərəfindən Ordubad meyvə bağlarında əkib-becərilir.

Dərman bitkiləri

Sarılıqotu (), Quşəppəyi (), Jenşen (), Atpıtrağı ()

Zəhərli bitkilər

Azərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır;

İtboğan () Xaş-xaş (Papaver somniferum) Qaymaqçiçəyi () Çöl qərənfili (Agrostemma Githago) Canavar gözü (Daphne mezereum) Küstüşam () Batbat () Qaraçöhrə () Dəlibəng ()

10) Kəpənək çiçək () Muxtar Respublika ərazilərində zəif təsirli zəhərli bitkilər də, vardır ki, onlar öldürgən, acılıq, qatırquyruğu, rapontikum, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək, ayı döşəyi, südləyən, acı biyan, süsən, lalə, üzərlik, qaytarma, asırqal, həlməd, dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar.Naxçıvan florası

Ordubadın faunası Rayonun məməlilər faunası üçün xarakterik olan heyvanlardan qonur ayı (Ursus arctos), iran bəbiri (Panthera pardus), avrasiya vaşaqı (Lynx lynx), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), porsuq (Meles males), daşlıq dələsi (Martes foina), bezoar keçi (Capra aegagrus), asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), ağdöş kirpi (Erinaceus concolor), hind tirəndazı (Hystrix indica), qonur palazqulaq yarasa (Plecotus auritus) və s. növləri göstərmək olar. Ərazinin ornitofaunası, əsasən, toğlugötürən (Gypaetus barbatus), bataqlıq bayquşu (Asio flammeus), xəzər uları (Tetraogallus caspius), böyük və kiçik qayalıq sittası (Sitta tephronota, S.neumayer), kəklik (Alectoris chukar), dağ kətanquşu (Acanthis flavirostris) ilə təmsil olunur. Digər siniflərə aid heyvanlardan radde gürzəsi (Montivipera raddei), təlxələrdən zeytuni təlxə (Platyceps najadum), rəngbərəng təlxə (Hemorrhois ravergieri), qurğuşunrəngli təlxə (Hemorrhois plumbers), balıqlardan qızılxallı (forel) balığı (Salmo fario), mursa (Barbus mursa) və s. vardır. Qeyd etdiyimiz nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərini qorumaq üçün Zəngəzur Milli Parkı ərazisində Ordubad Dövlət Yasaqlığı yaradılmışdır.

Bir sıra xarici və rus alimləri Cənubi Qafqaz cücüləri öyrənilməsi ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində toplanmış materialarda Naxcıvan Muxtar Respublikası bölgəsinə,xüsusilə Ordubad rayonnunda daha çox diqqət yetirilir.Sonralar,1911-ci ildə alman alimi Y.Miller Ordubad rayonunda xeyli kəpənək növü toplanmışdır.http://www.elibrary.az/docs/azerbaijan/gl2.pdf

Tarixi I əsrdə Ordubad şəhəri daha çox təsərrüfat və ticarət mərkəzi kimi məşhur olmuşdur. Naxçıvan və Kirandan sonra üçüncü şəhər sayılan Ordubad dövrün bir sıra mənbələrində "əyalət şəhəri" kimi xatırlanmışdır.