Natalya Vladimirovna Varley (; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989).
Həyatı
Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur.
Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir.
1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür.
Bir gün anası Natalyanı sirkə aparır. Natalya kassada 11-13 yaşlı uşaqların uşaq sirk studiyasına dəvətilə bağlı elan görür. Növbəti gün qız valideynlərindən gizlin olaraq göstərilən ünvana gəlir. Həmin studiyanın pedaqoqları onu qəbul edirlər. Beləliklə, Natalya Varley 1965-ci ildə Dövlət sirk və estrada sənəti məktəbini bitirərək Moskva sirkinin Rəngli bulvardakı truppasına qoşulur. Orada ekvilibrist kimi çalışmağa başlayır.
İş elə gətirir ki, bir gün Natalya məşhur kloun Leonid Yengibarovla çıxış edir. Natalyanın kinoya gəlişinin əsas səbəbkarı da məhz Yengibarov olur. Onun yaxın dostlarından biri Georgi Yunqvald-Hilkeviç Odessa kinostudiyasında rejissor kimi çalışırdı. 1966-cı ildə o, sirkin yeni təqdimetməsinə gəlir və təsadüfən orada Natalyanı görür. Varley rejissorun o qədər xoşuna gəlir ki, elə o andaca onu çəkəcəyi yeni "Göy qurşağının formulu" filminə dəvət edir. N. Varley razılaşır və ona epizodik tibb bacısı rolu həvalə olunur.
Onun bütün SSRİ-də tanınmasına isə sayca 2-ci çəkildiyi "Qafqaz əsiri" filmi səbəb olur. Həmin filmdə ona əsas qadın obrazı olan idmançı, komsomolçu və gözəl Nina rolu verilmişdi. Filmin quruluşçu rejissoru Leonid Qaydayın həyat yoldaşı xatırlayır ki, Qayday Nina obrazına olduqca böyük sayda aktrisa sınamışdı. Lakin Natalyanın qeyri-adi cazibəsi və gənclik səmimiyyəti rejissoru məhz onu seçməyə vadar edir. Film böyük müvəffəqiyyət qazanır və Varley ağlasığmaz məşhurluqla qarşılaşır.
Natalya Varley 1967-ci ilə qədər Moskva Dövlət Sirkində çalışır və 1971-ci ildə Şşukin adına teatr məktəbini bitirir. 1971-1978-ci illərdə K.S. Stanislavski adına Moskva dram teatrının aktrisası olmuşdur.
1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonovun oğlu Vladimir Tixonovla ailə həyatı qurmuşdur. Bu izdivacdan onların Vasiliya adlı oğulları dünyaya gəlmişdir. 1980-ci illərdə Ədəbiyyat institutuna daxil olmuş və 2-ci kursda oxuyarkən ikinci oğlu anadan olmuşdur.
Filmoqrafiya
İl Azərbaycanca adı Orijinal adı Rol1966 Göy qurşağının formulu Формула радуги tibb bacısı1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Кавказская пленница, или Новые приключения Шурика Nina1967 Viy Вий Pannoçka1969 Qızıl Золото Musya Volkova1970 Qaçış Бег keçisaç qız1970 Yefreytor Zbruyevin yeddi adaxlısı Семь невест ефрейтора Збруева Qalina Listopad1971 12 stul 12 стульев Yelizaveta1971 Qara quru çörək Tatyana1973 Meqre və oturacaqdakı adam Мегрэ и человек на скамейке Monik Ture1973 Dmitri Kantemir Дмитрий Кантемир Rodika1974 Üç gün Moskvada Три дня в Москве Olya Potapova1975 İyirmi doqquzuncu ilin baharı Весна двадцать девятого Ella Mixaylovna1975 Böyük attraksion Большой аттракцион Daşa Kalaşnikova1975 Sirkdə sirk Tanya İvanova1976 Topaz Топаз Süzi Kurtua1978 Bu gün və ya heç vaxt Сегодня или никогда Tanya1978 Seçim Выбор 1979 Elə belə olacaq Так и будет Olqa Fyodorovna1980 Kloun Клоун Taya1980 Mənim atam idealistdir Мой папа — идеалист Alyona1981 Köhnə məktub Старые письма Liza1981 Keçid yaş dövrü Переходный возраст İzolda1981 Yeganə kişi Единственный мужчина Vika Mikulina1982 Gözləmirdik, güman etmirdik! Не ждали, не гадали! professorun arvadı1982 Böyümək istəmirəm Не хочу быть взрослым Yekaterina Orlova1983 Tilsim Талисман Dükün anası1983 Haray Набат "Tanya" / İrina Radçuk1984 Əvvəlcədən duya bilmədik Нам не дано предугадать Nesterovun arvadı1984 Gələcəkdən gəlmiş qonaq Гостья из будущего məşqçi Marta Erastovna Skrıl1977-1984 Alovlu yollar Mariya Kuznesova1986 Təhlükəli mükafat Опасный приз Lyubov İvanovna1986 Kənar şəxslərə girişə icazə verilir Посторонним вход разрешён Dimanın anası1989 Gənclik səhvləri Ошибки юности 1992 Yad oyun Чужая игра ana1993 Bolşevik döngəsinin kiçik adamları və ya pivə istəyirəm Маленькие человечки Большевистского переулка, или Хочу пива Vera1994 Zümrüd şəhərinin sehrbazı Волшебник Изумрудного города Bastinda / Ginqema1997 Əsas məsələ haqqında köhnə mahnılar 2 Старые песни о главном 2 Nina2005 12 ay 12 месяцев tərbiyəçi2005 Oskar Оскар Şarlotta2006 Boz Köpəklər cinsindən olan canavar iti Волкодав из рода Серых Псов Kenderatın anası
İstinadlar
.
Xarici keçidlər
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Rusiya müğənniləri