Aytəkin Məmmədov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir.
Döyüşlərdə iştirakı 1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.
Xatirəsi Bakı şəhəri 38 nömrəli tam orta məktəb və Gədəbəy rayon Göyəli kənd orta məktəbi onun adını daşıyır. 38 nömrəli məktəbdə böyük portireti, Göyəli məktəbində isə büstü qoyulmuşdur. 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman — İsgəndər Aznaurov, İlham Əliyev və Məzahir Rüstəmovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdirMilli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. AzərTAc, 25.09.2013. "YouTube"də izlə: "Alınmaz qalanın qəhrəmanları" "YouTube"də .
İstinadlar
Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 192.
Xarici keçidlər Məmmədov Aytəkin
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Gədəbəydə doğulanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları