Cuhi Çavla (, ; ) — Hindistanın aktrisa və prodüseri.

Həyatı Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının Ludhiana şəhərində anadan olmuşdur. J. J. Montessori-Bombey məktəbini bitirmişdir. Onun uşaqlıqdan ən böyük arzusu aktrisa olmaq idi.

1984-cü ildə Cuhi "Miss Hindistan" titulunu qazanır və daha sonra "Dünya gözəli" yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Bir qədər keçmiş Cuhi Çavla model kimi çalışır və bir neçə filmdə çəkilməyə müvəffəq olur.

Cuhi Çavla, Cay Mahta ilə ailə qurmuşdur. 21 fevral 2001-ci ildə qızı Canvi anadan olmuşdur. 2 il sonra – 21 iyul 2003-cü ildə Cuhi ikinci dəfə ana olur. Onun oğlu Arcun Londonda dünyaya gəlir.

Böyük hind aktyoru Şahrux Xanla bir kinokompaniyanın əsasını qoymuşdur.

Filmoqrafiya

Aktrisa kimi İl Azərbaycanca adı Orijinal adı Rol1988 Qismətdən qismətə Qayamat Se Qayamat Tak Raşmi1989 Ay işığı Chandni Devika1989 Sevgi, sevgi, sevgi Love Love Love Rima1990 Səma Swarg Cyoti1992 Rac bir centlmen oldu Raju Ban Gaya Gentleman Renu1993 İlk cazibədarlıq Pehla Nasha 1993 Ayna Aaina Rima Mathur Saksena1993 Qorxu Darr Kiran Avasti1993 Biz məhəbbət yolu ilə gedən səyahətçilərik Hum Hain Rahi Pyar Ke Vicayanti Ayyer1993 Bəzən hə, bəzən yox Kabhi Haan Kabhi Naa 1995 Tanrı bilir Ram Jaane Bela1995 Qeyri-qanuni Naajayaz müfəttiş Sandhya1997 Bəli, boss Yes Boss Sima1997 Eşq Ishq Madhu1997 Cənab və xanım Oyunçu Mr. and Mrs. Khiladi xanım oyunçu Şalu1997 Sevginin əzabları Deewana Mastana Niha Şarma1998 İki oxşar adam Duplicate Sonya Kapur2000 Titrək ürəklər Phir Bhi Dil Hai Hindustani Riya Banerci2003 3 divar 3 Deewarein Çandrika2005 Mənim qardaşım… Nikhil My Brother… Nikhil Anamika2005 Tapmaca Paheli Qacrobay2005 Dostluq: Əbədi dostlar Dosti: Friends Forever Aditi2006 Elə bu dəqiqə Bas Ek Pal Ayra Malhotra2006 Varis şah Waris Shah: Ishq Daa Waaris Bhaqbhari2007 Salam, sevgi Salaam-e-Ishq: A Tribute to Love Sima Bakşi Malhotra2007 Om Şanti Om Om Shanti Om özü2008 Ruhların şahı Bhoothnath Ancali Şarma2008 Taleyin qisməti Kismat Konnection Hasina Banucan2012 Sərdarın oğlu Son of Sardaar Pammi

Prodüser kimi İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü2000 Titrək ürəklər Phir Bhi Dil Hai Hindustani prodüser Bədii film2001 Aşoka Aśoka prodüser Bədii film2003 Məhəbbət yolları ilə Chalte Chalte prodüser Bədii film

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Hindistan kinoprodüserləri Kateqoriya:XXI əsr aktrisaları