Vəzir Orucov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Erkən illəri Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı 1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

2015-ci il 28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorov Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:

Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi. Nevzorovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları Sərsəng su anbarının yerləşdiyi vadiyə hücum ediblər, yüzlərlə insanı qətlə yetiriblər, Goranboy batalyonunu darmadağın ediblər:

Orucov oraya Nevzorovla birgə yaralılara yardım etmək üçün getmişdi. Ermənilərin muzdla tutduğu Pskov desantları onları tutub, UAZ-dan yerə düşürdüb güllələmək istəyirdilər. Lakin Pskov desantlarından biri Nevzorovu tanıdığından, onunla razılaşdılar və özününkülərə xəbər verdilər ki, indi bir azərbaycanlı qaçıb gedəcək və ona güllə atmaq olmaz. Nevzorov sonra baş verən hadisələrin belə xatırlayır:

1992-ci ilin avqust ayında, Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur. Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın "Arabo" batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində "Arabo" batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.

1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə düşmən tankını vurmaq istəyərkən ağır yaralanmışdır. Orucovun döyüş yoldaşı və Tərtər rayonunun "Qarabağ əlilləri cəmiyyəti, veteranları, şəhid ailələri" İctimayi Birliyinin sədri olan 2-ci qrup Qarabağ əlili Sulidin Yusifov onu belə xatırlayır: Müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır. O, hospitaldan çıxıb 1992-ci il 11 dekabrda — öz ad gününü Rusiyada yaşayan ailəsi ilə birgə keçirmək üçün Arxangelskə gedir.

Ölümü thumb|Bakı şəhərinin Şəhidlər xiyabanında Vəzir Orucovun məzarı

Keçmiş Ağdərə rayonunda Qlobus yüksəkliyi istiqamətində yüksək çinli azərbaycanlının hava rabitəsi vasitəsilə ermənilərlə danışdığını görən Vəzir Orucov onun yaxasından tutub təhqir edir və bunun cəzasını alacağını bildirir. Daha sonra isə bir zabitin Canyataq-Gülyataq kəndləri yaxınlığında ermənilərlə kabab yediyinin şahidi olan Orucov qarşısına məqsəd qoyur ki, nəyin bahasına olur-olsun düşmənə strateji döyüş üstünlüyü yaradan "Qlobus"u ələ keçirsin. 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Şəxsi həyatı Ailəli idi, Camal adlı oğlu var.

İrsi 2015-ci ildə Tərtər şəhərindəki Veteranlar bağında Vəzir Orucovun büstü ucaldılmışdır. Həmin il 3 iyulda isə Tərtər şəhərində Vəzir Orucovun adına küçə verilmişdi. Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifov, Tərtər batalyonunun keçmiş qərargah rəisi və Orucovun döyüşçü dostu Pənah Məmmədov, Milli Qəhrəmanın anası Mahı Orucova, qardaşı Dadaş Orucov, Əsgər Ailələri İctimai Birliyinin sədri Mətanət Əsədova, Müharibə Veteranları Qadınlarına Yardım İctimai Birliyinin sədri Radə Abbas və başqaları çıxış etmişlər.

Ədəbiyyatda Şair Sərraf Şiruyə Vəzir Orucovun həyatı və döyüş yoluna həsr etdiyi irihəcmli "Vətən sənə oğul dedi" adlı poemasının epiloqunun ilk bəndində yazır:

Təltif və mükafatları Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. 1993 — Azərbaycanın Milli Qəhrəmanı

İstinadlar

Ədəbiyyat Şiruyə Həsənoğlu. Ağlama bülbül, ağlama. Bakı: Gəncə, 1994. ("Vətən sənə oğul dedi" poeması) səh. 246–304. Sərraf Şiruyə. Tərtərin yaralı cəngavərləri. Bakı: Hüquq Ədəbiyyatı, 2006. ("Vətən sənə oğul dedi" poeması) səh. 186–254. Tofiq Yusif. Ölümlə üz-üzə. Bakı: Hüquq Ədəbiyyatı, 2008. ("Əfsanəvi qəhrəman" oçerki) səh. 12–19. Sərraf Şiruyə. Seçilmiş əsərləri. II cild. Bakı: Nurlan, 2008. ("Vətən sənə oğul dedi" poeması) səh. 125–204. Tofiq Yusif. "MƏN"sizləşmə fəlakəti. Bakı: Nurlan, 2009, ("Əfsanəvi qəhrəman" oçerki) səh. 92–100. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: Dərələyəz-M, 2010, səh. 235–236.

Xarici keçidlər Milli Qəhrəman Vəzir Orucov haqqinda film çəkilir

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Tərtər rayonunda doğulanlar Kateqoriya:Ağdərədə vəfat edənlər Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin məzunları Kateqoriya:Azərbaycan kəşfiyyatçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Birinci Qarabağ müharibəsində kəşfiyyatçılar Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)