Emil Veniaminoviç Braginski (rus. Эмиль (Эммануэль) Вениаминович Брагинский; ) — ssenarist.
Həyatı Emil Veniaminoviç Braginski 19 noyabr 1921-ci ildə Moskvada anadan olmuşdur. 1953-cü ildə Moskva hüquq institutunu bitirmişdir. Kinossenarist kimi ilk işi 1955-ci ildə olmuşdur. 1963-cü ildən Emil Braginskinin kinorejissor Eldar Ryazanovla fəaliyyəti başlanır. Bu əməkdaşlığın ilk bəhrəsi 1966-cı ildə ekranlara çıxan "Avtomobildən qorun" filmi olur. Bu filmin uğurundan sonra yaranan "Uğur ziqzaqı", "Qoca quldurlar", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Qaraj" kimi filmlər də onların birlikdə işinin nəticəsi idi…
Emil Braginski 26 may 1998-ci ildə vəfat etmişdir.
Filmoqrafiya Avtomobildən qorun (film, 1966) İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973) Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) İşdə məhəbbət macərası (film, 1977) Qaraj (film, 1979) İki nəfərlik vağzal (film, 1982)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:XX əsr dramaturqları