İsgəndərli — Azərbaycan Respublikasının Şəmkir rayonunun İsgəndərli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi İsgəndərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
"Azərbaycan Respublikasının Qazax, Qəbələ, Zərdab, Neftçala, Samux və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 14 iyul 1998-ci il tarixli 524-IQ nömrəli Qanunla ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki İsgəndərli kəndi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir.
" Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 5 oktyabr 1999-cu il tarixli 708-IQ nömrəli Qanunla Şəmkir rayonunun İsgəndərli kəndi Kür qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İsgəndərli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası İnqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ və Meşkin əyalətindən gələrək ətraf kəndlərdə rəncbərlik edən əhaliyə 1925-ci ildə kənd salmaq üçün mülkədar Qasımın yeri adlanan ərazidə torpaq sahəsi verilmişdi. Yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində V.İ.Leninin Şərəfinə Leninabad adlanırdı. 1994-cu ildən kəndin adı İsgəndərli kimi rəsmiləşdirilmişdir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Gəncə–Qazax düzənliyində yerləşir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şəmkir rayonunun kəndləri