Fariz Qəhrəmanov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı 29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada məktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır.
Döyüşlərdə iştirakı "N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştirak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi.
1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür.
1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.
1995–1996-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində təhsil almışdır.
Hazırda zabitdir.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 158.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Bərdə rayonunda doğulanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları