"Səkkiz yarım" () — rejissor Federiko Fellininin filmi.

Məzmun Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz.

Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır.

Film haqqında Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var. Versiyalardan biri isə belədir: Bu rəqəm Federiko Fellininin filmoqrafiyasında bu filmin sıra nömrəsini bildirir. Belə ki, bu filmə qədər Fellini 6 tammetrajlı və 2 qısametrajlı və eləcə də rejissor Alberto Lattuada ilə birlikdə 0,5 film (yarımfilm) çəkmişdi. Ona görə də 6+2+0,5=8,5… Fellini bu filmin əsas məğzini belə açırdı:

Moskvada keçirilən beynəlxalq festivalda Nikita Xruşşov filmi izləyəndə yatıb. Bunu bilən Fellini mükafatlandırma mərasiminə qalmayıb, arvadı, dostları ilə birlikdə dincəlməyə gedib.

Mükafatlar Bu ekran nümunəsi 1964-cü ildə Xarici dildə ən yaxşı film və Ağ-qara filmdə ən yaxşı kostyum dizaynına görə 2 "Oskar" mükafatına layiq görülüb. Bu film 1964-cü ildə III Moskva Beynəlxalq Kinofestivalında böyük mükafat qazanmışdır. Film 1966-cı ildə Tokioda keçirilən "Kinema Jumpo Awards" kinofestivalında Ən yaxşı xarici film və Ən yaxşı xarici rejissor nominasiyalarında mükafata layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Federiko Fellini, Ennio Flayano, Tullio Pinelli, Brunello Rondi Rejissor: Federiko Fellini Operator: Canni Di Venanso Bəstəkar: Nino Rota Prodüser: Anjelo Rissoli Geyim üzrə rəssam: Leonor Fini Montaj: Leo Katosso

Rollarda Marçello Mastroyanni – Qvido Anselmi Klaudiya Kardinale – Klaudiya Anuk Eme – Luiza Anselmi Sandra Milo – Karla Rossella Falk Barbara Stil Madlen le Bo

İstinadlar

Xarici keçidlər Filmin orijinal treyleri

Həmçinin bax

Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Federiko Fellininin filmləri Kateqoriya:1963-cü ilin İtaliya filmləri Kateqoriya:Yuxular haqqında filmlər Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:1963-cü ilin filmləri Kateqoriya:Romada çəkilmiş filmlər Kateqoriya:İtalyanca filmlər Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:Pyeslərə adaptasiya edilmiş filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Sürrealist filmlər Kateqoriya:Dramlar Kateqoriya:İtaliyanın dram filmləri