Saqqallı akulakimilər () — Akulalar dəstəsi. Saqqallı akulakimilərin hamısında iki tikansız arxa üzgəclər, səpələyicilər və 2-4-ü döş üzgəclərindən başlayaraq yerləşmiş 5 qəlsəmə yarığı var. Əksər növlərinin gözləri nisbətən yuxarı hissədə yerləşmişdir.

Təsnifatı

Saqqallı akulakimilərin 2 yarımdəstəsinin, 7 fəsiləsi və bura daxil olan 14 cinsə aid 32 növü var.

Saqqallı akulakimilər (Orectolobiformes)

Parascyllioidei yarımdəstəsi

yaxalıqlı akulalar (Parascyllidae) fəsiləsi

Orectoloboidei yarımdəstəsi

sərrac akulalar (Brachaeluridae) fəsiləsi

xalçalı akulalar (Orectolobidae) fəsiləsi

Asiya pələng akulaları (Hemiscyllidae) fəsiləsi

zebrli akulalar (Stegostomatidae) fəsiləsi

akula-dayələr (Ginglymostomatidae) fəsiləsi

balina akulalar (Rhincodontidae) fəsiləsi

Ədəbiyyat

Joseph S. Nelson, Fishes of the World, John Wiley & Sons, 2006, ISBN 0-471-25031-7

Kateqoriya:Akulalar