Ramazan Çirinqov () — Azərbaycanın Milli Qəhrəmanı.

Həyatı 15 fevral 1969-cu ildə Balakən rayonunda anadan olmuşdur. 1986-cı il Meşəşambul orta məktəbini bitirmiş, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Ramazan hərbi xidmətini Əfqanıstanda keçirmişdir. 1989-cu il hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayır. 1995-ci il Balakən rayonunda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində o xüsusi fərqlənir. 1995-ci il 3 sentyabr öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olur.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 25 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir".

Meşəşambul kəndində dəfn edilmişdir.

Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 60.

İstinadlar

Kateqoriya:Döyüşdə həlak olanlar Kateqoriya:Azərbaycan polisləri Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar