Soltanağa Nəhmət oğlu Bayramov () — hərbi həkim, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio–terapevt, sonra isə rentgenoloq–texnik vəzifəsində işləmişdir.

Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə–neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.

Soltanağa Bayramov 23 avqust 1993-cü ildə Əlikram Hümbətovun dəstələri ilə döyüşlər zamanı həlak olmuşdur.

Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Ailəsi Ailəli idi, dörd övladı var.

Xatirəsi Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur.

Lənkəran şəhərində yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Bakı şəhərində adına park açılmışdır.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 52.

İstinadlar

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Hərbi həkimlər Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar