Fəridə Ləman () — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Həyatı 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır"Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.245.
2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub.
Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir.
Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur.https://azertag.az/xeber/mehseti_jurnalinin_ilk_nomresi_nesr_edilmisdir-295421
Yaradıcılığı Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir.
Fəaliyyəti İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
1997-ci ildə "Sevil" Qadınlar Məclisi poeziya klubunun rəhbəri, 1998-ci ildə "Xatun" ədəbi Məclisinin sədri olmuşdur; 2001-ci ildə "Məhsəti" Şairlər Məclisini yaradıb; 2003-cü ildə eyni adlı "Məhsəti" jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur.
Fəridə Ləman Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib (2007–2017).
İİR-nin Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olmuş, Urmiyada şeir festivalında iştirak etmişdir (2007); Uluslararası Yunus Emre Kültür və sanat haftasında iştirakçı olmuşdur (6–10 may 2008).
Fəridə Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin müəllifidir.
2010-cu ildə Osmanqazi Universitetində 2-ci Ulusal simpoziumda və IV Uluslararası Kıprıs simpoziumda (Türkiyə) iştirak edib.
2012-ci ildə Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Mübarizli vətən" əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş, teatrın özündə və sərhəd bölgələr — Gədəbəy, Qazax, Ağstafa bölgələrində əsgərlərin və rayon ictimaiyyətinin iştiraki ilə göstərilmişdi.
2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.
2014-cü ildə (14–17 aprel) Eskişehir Türk Dünyası Çocuk- Edebiyyatı Sempoziyumunun iştirakçısı olmuşdur.
2014-cü ildə Türkiyədə "Bayraklarda Hilalımız" Güldeste (Eskişehir) şeirləri işıq üzü görmüşdür.
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir" kitabında şeirləri dərc olunmuşdur.
Jurnalistlik fəaliyyəti Fəridə Ləman "Azad Azərbaycan" qəzetində Gəncə-Qazax bölgəsi üxrə xüsusi müxbir (1992–1993), "Gənclik" jurnalında korrektor, "Azərbaycan" qəzetində müxbir, "Azərbaycan qadını" jurnalında müxbir, "Xatun" jurnalında baş redaktor, "Məhsəti" jurnalında baş redaktor, "Azad Azərbaycan" qəzeti müxbirlər şöbəsinin müdiri, "Respublika" qəzetində müxbir və "Dəli Kür" qəzetində baş redaktor vəzifələrində çalışmışdır. Fəridə Ləman həmçinin Türkmən Ədəbiyyatçı və Yazarlar birliyinin 2015-ci ildən üzvüdür.
Mükafatları "General Həzi Aslanov" adına (fəxri diplom, 1995) "Xanqızı Natəvan" adına (diplom, 1995) "Araz" ali ədəbi mükafatı (1999) "Qızıl qələm" mükafatı (2000) "Həsənbəy Zərdabi" mükafatı (2000) "Əliağa Şıxlinski" adına diplom (2004) "Milli Heysiyyət" və "Qopuz" (2006) fəxri diplomları Cəfər Cabbarlı mükafatı (2010)Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. apa.az, 16.04.2010. "General Əliağa Şıxlinski" yubiley medalı — 2016 "Səməd Vurğun Mükafatı" diplomu "Tərəqqi" medalı — 2019 "Azərbaycan Milli Mətbuatının 150 illiyi"- yubiley medalı 2025
Kitabları Tale adlı yazı varmış, 1991 Suya danışılan yuxu, 1994 Torpağın yaddaşı, 1995 Azərbaycan Bədii Dilinin Epitetlər lüğəti, 1995 Qazax mahalının şəhidləri, 1995 Hələ yol gedirik, 1996 Həsən ağa Qiyasbəyli, 1996 Oğlundan qızından yarısa vətən, 1996 Dünya qəm yuvasıdır, 1998 Solsa da göy çəmənlər, 1998 Qəm çiçəyi, 1999 Cəsur Kamandar, 1999 Əminə Dilbazi, 1999 Folklor fədaisi, 1999 Səlcuqdan gələn səs, 2001 Məhsəti, 2002 Azərbaycanın şair və aşıq qadınları, 2003 Nur heykəli, 2003 Azadlıq carçısı, 2003 Çinar −50, 2004 Ürəyimi sabahlara açıram, 2004 Rəqs mələyi, 2005 Can Azərbaycan, 2006 Səsin töhfəsi, 2006 Gülü xar olan Gülxar, 2007 Müasir Azərbaycan dilində epitetlər, 2007 Onu zaman seçib, 2008 Azərbaycan poeziya çələngi, 2008 Məhsəti ensiklopediyası, 2008 Qorxusuz Tehran, 2011 Anama məktub, (1-ci cild) 2011 Dəyər, 2011 Dəyər, (2-ci cild) 2011 Ölsəm yer xoş olar, qalsam el , 2011 Qılınc kəndi dastanı, 2011 İncilər ensiklopediyası, 2011 Təəssüb, 2011 Mübarizli vətən, 2012 Cəbhədən cəbhəyə (döyüş bölgələrindən reportajlar), 2013 İncə qartalı, 2013 Bura vətəndir, 2015 Varis, 2015 Yadigar, 2015 Lalələr şəhid qanı, 2015 Ağlayan ümidlər, 2015 Birini sən de, birini də mən, 2017 Sönməyən ulduzlar, 2017 Ocaq daşı, 2018 "Mühüdüm – şəhidim", 2019 "Donmuş təbəssüm", 2019 "Cənnətdən məktublar", 2019 "Vətən Məcnun Mən Leyli..." Bakı, Masterkitab", 2024 "Onu Zaman Seçib" poema, 2024 "Şuşa fatehi-Yunis Kazımov", Radius nəşriyyatı, 2026
Xaricdə nəşr olunan əsərləri Tale adlı yazı varmış, 1992 (Ərzurum, Türkiyə) Mübarizim bir dünya, 2015 (Əskişəhər, Türkiyə) Bülbül və qadın, 2017 (Daşkənd, Özbəkistan) "Oxu bülbül" (Özbəkistan)
Haqqında yazılanlar XX əsr Azərbaycan qadınları- 2001 XX əsrin elitar qadınları (Azərbaycan və ingilis dilində)- 2006 Elmira Həsənqızı "Yüksələn dövlətimiz"- 2010 "Məhsəti" ensiklopediyası- 2008 Zərif imzalar- 2010 Müstəqil Azərbaycan qadını- 2011 Mahmud Vəli, Ziyamız ziyalılarımız- 2012 "İncilər" ensiklopediyası- 2011 "Fəridə Çalıquşu"- 2013
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Hacılar Kateqoriya:Kərbəlayilər Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:"General Həzi Aslanov" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycanın jurnal təsisçiləri