Bir addım ― qısametrajlı bədii film.

Rejissorlar Fariz Əhmədov və Nərgiz Bağırzadə tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır."Bir addım" filmi Özbəkistandakı festivalda Azərbaycanı təmsil edir: [rejissorlar – Fariz Əhmədov və Nərgiz Bağırzadənin eyniadlı filmi] //525-ci qəzet.- 2011.- 21 oktyabr.- S. 7. "İmper Qrup" Prodüser Mərkəzində istehsal edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran — 2008" müsabiqəsinin qalib kinolayihəsidir. Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsas rolları Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova ifa edirlər. 2010-cu ildə Ukraynanın İrpen şəhərində keçirilən VIII Beynəlxalq "İrpen" kinofestivalının "Peşəkar" bölməsində ikinci yerə layiq görülüb.

Məzmun Film Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Yusifin həyat yoldaşı Nisə ömür-gün yoldaşının göz əməliyyatına pul toplamaq üçün gecə-gündüz işləyir. Belə həyat tərzindən bezən Yusif intihar etmək qərarına gəlir. Lakin qəfil peyda olan qadın obrazında mələk onu ölümdən qurtarır və həyatda gözləri görmədən də yaşamağı ona öyrədir. Sonda Yusifin gözləri əməliyyat edilir və o yenidən işıqlı dünyasına qayıdır.

Film haqqında Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran — 2008" müsabiqəsinin qalib kinolayihəsidir.

Festivallar və mükafatlar Film 2010-cu il avqustun 28–29-da Ukraynanın İrpen şəhərində keçirilən VIII Beynəlxalq "İrpen" kinofestivalının "Peşəkar" bölməsində ikinci yerə layiq görülüb."Azərbaycan rejissorunun "Bir addım" filmi beynəlxalq mükafat qazanıb" //Yeni Azərbaycan.- 2011.- 10 iyun. Film 2011-ci ildə Başqırdıstanın Ufa şəhərində keçirilən "Torpaq və insan" Beynəlxalq kinofestivalında mükafat qazanıb.Azərbaycanlı rejissorun "Bir addım"ı beynəlxalq mükafat qazanıb: [Başqırdıstanın Ufa şəhərində keçirilən kinofestivalda rejissor Fariz Əhmədovun eyniadlı filmi] //525-ci qəzet.- 2011.- 10 iyun.- S.7.Qasımov, R. Azərbaycanda festival üçün film çəkən rejissorlar çoxdur: Rəşad Qasımov: "Münsiflər heyəti kinodakı yeniliyimizi qiymətləndirdi": [Başqırdıstanın Ufa şəhərində keçirilən "Torpaq və insan" Beynəlxalq kinofestivalında rejissor Fariz Əhmədovun "Bir addım" bədii filminin diploma layiq görülməsi ilə əlaqədar prodüser Rəşad Qasımovla müsahibə] //Kaspi.- 2011.- 11–13 iyun. — S.12.

Rollarda Gülzar Qurbanova Pərviz Məmmədrzayev Nərminə Kərimova

İstinadlar

Mənbə Yeganə, ""Bir addım" filmi beynəlxalq festivalda mükafat qazanıb" "Buta" "Bir addım"la ölkəmizi təmsil edir: [Özbəkistanın paytaxtı Düşənbədə keçirilən kinofestivalda eyniadlı filmlərin iştirakı haqqında] //Azərbaycan.- 2011.- 25 oktyabr.- S. 7.

Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (audio)

Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər