Biofizika ( — həyat, — təbiət) və ya bioloji fizika — fizika elminin metod və yanaşmalarını istifadə edərək canlıları öyrənən elm. Canlı təbiəti bütün aspektlərdə, molekul və hüceyrədən başlayaraq biosferədək bütün təbəqələrdə öyrənir. Bioloji sistemlərin müxtəlif səviyyələrində gedən fiziki proseslər haqqında və bioloji obyektlərə təsir edən müxtəlif fiziki faktorlar haqqında elmdir. Biofizika canlılarda olan fiziki mexanizmlərlə bioloji xüsusiyyətlər arasında olan əlaqəni də öyrənir.
Biofizika təbiət elmləri arası bir elmdir və onun tədqiqi üçün fizika, biologiya, kimya və tibb sahəsində biliklər tələb edilir.
Biofizikanın sahələri UNESCO-nun nomenklaturasına görə biofizika biologiyanın 2406 kodu altında bir sahəsidir.Proposed international standard nomenclature for fields of science and technolocy .. UNESCO-nun nomenklaturasına görə biofizikanın aşağıdakı sahələri vardır :: 2406.01 Bioakustika 2406.02 Bioelelektriklik 2406.03 Bioenergetika 2406.04 Biomexanika 2406.05 Biooptika 2406.06 Tibbi fizika 2406.99 Digər sahələr
Bu təsnifat yeni tədqiqatların çətinliksiz yeni formatda verilməsi üçün tərtib edilmişdir.
Biofizika ümumi kursunun tədris təsnifatı Biofizika ümumi kursunun səmərəli tədrisi üçün aşağıdakı təsnifat da təklif edilmişdir :По материалам: Рубин А. Б. Биофизика (учебник) в 2-х т.т. — М., 2002. C. 6.: Nəzəri biofizika: mürəkkəb sistemlərin biofizikası: bioloji proseslərin kinetikası; bioloji proseslərin termodinamikası: canlı strukturlarda enerjinin çevrilməsi; molekulyar biofizika: biopolimerlərin və molekulyar sistemlər üstünün təşkilinin və fəaliyyət göstərməsinin fiziki və struktur təşkili; hüceyrə proseslərinin biofizikası: membran proseslərinin biofizikası: bioloji membranların və onların hissələrin xüsusiyyətləri; fətəbioloji proseslərin biofizikası: xarici işıq mənbələrinin canlı orqanizmlərə təsiri; radiasiya biofizikası: ionlaşmış şüalanmanın təsiri; riyazi biofizika. Tətbiqi biofizika: bioinformatika: biofizikanın bir sahəsi olmasa da, onunla sıx bağlıdır; biometriya; biomexanika: bioloji sistemlərin dayaq-hərəkət aparatının funksiya və strukturu və fiziki hərəkəti; təkamül proseslərinin biofizikası və fərdi inkişafı; tibbi biofizika; ekoloji biofizika.
Müasir tədqiqt istiqamətləri Mürəkkəb sistemlərin biofizikası və molekulyar biofizika bu elmin əsas inkişaf istiqamətləri sayılır.
Həmçinin aşağıdakı məsələlər də biofizikanın perspektiv istiqamətlərindən sayılır: fiziki və biokimya reaksiyalarının gedişinə kosmogeofiziki faktorların təsiri; fotobioloji faktorlar; riyazi modelləşdirmə; nanobiologiya və s.
Tətbiq sahələri Bioloji obyektlər mürəkkəb olduğundan ona təsir faktorları həddən çoxdur. Fizika bu obyektlərin sadələşdirilmiş modellərini yaratmağa kömək edir. Fiziki və bioloji məlumatları birləşdirməklə bioloji obyektlərdə gedən prosesləri dərindən başa düşmək olar.
Fizikada bir sıra metodları olduğu formada biologiyada tətbiq edilə bilməz. Biofizikanın vəzifələrindən biri bu metodları biologiyanın istifadəsinə uyğunlaşdırmaqdır.
Mənbələr PMID 4389425
Volkenshtein M. V., Dogonadze R. R., Madumarov A. K., Urushadze Z. D. and Kharkats Yu. I. Theory of Enzyme Catalysis.- Molekuliarnaya Biologia (Moscow), 6, 1972, pp. 431–439 (In Russian, English summary)
Нечипоренко Ю. Достижения современной биофизики — немного истории и достижения современной биофизики. Рубин А. Б. Биофизика (учебник) в 2-х т.т. — М., 1999, 2002. Кафедра биофизики биологического факультета МГУ им. М. В. Ломоносова Биофизика и биомедицина Кудряшов Ю. Б., Перов Ю. Ф. Рубин А. Б. Радиационная биофизика: радиочастотные и микроволновые электромагнитные излучения. Учебник для ВУЗов. — М.: ФИЗМАТЛИТ, 2008. — 184 с. — ISBN 978-5-9221-0848-5
İstinadlar