Priyanka Çopra () — Dünya şöhrətli Hindistanlı kinoaktrisa, müğənni və model. 2000-ci ildə Dünya Gözəllik (Miss World-2000) yarışmasının qalibi olmuşdur.

Həyatı 18 iyul 1982-ci ildə Hindistanın Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olmuşdur. Ailədə 2 uşaqdırlar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçür və orta məktəbi orada bitirir.

Maraqlı faktlar Boyu : 1,68 metr Karyera: Kino aləmində ilk dəfə "Thamizhan" adlı tamil filmində çəkilir. Musiqi : 2012 ildə "In My City" adlı ilk mahnısı ilə debüt edir. 2013 ilin aprel ayında "Exotic" adlı ikinci sinqlı üçün Amerikalı repçi Pitbull ilə duet oxuduğu klipə çəkilir. Bu klip Şimali Amerikada çox böyük maraq yaradır və Canadian Hot 100-ə daxil olur.

Filmoqrafiya Təmizxan (film, 2002) / Priya Krrish (film, 2006) / Priya Don (film, 2006) / Roma Om Şanti Om (film, 2007) / Qonaq aktrisa Eşq hekayəsi-2050 (film, 2008) / Sana Bedi / Zeişa Drona (film, 2008) Billu (film, 2009) / Qonaq aktrisa Don-2: Kralın Dönüşü (film, 2011) / Roma Barfi! (film, 2012) /Jhilmil Chatterjee Alovlu yol (film, 2012) /Kaali Gawde Krrish-3 (film, 2013) / Priya Mehra Gunday (film, 2014) / Nandita Sengupta Mary Kom (film, 2014) / Mary Kom Dil Dhadakne Do (film, 2015) / Ayesha Mehra Ponninin oğlu (film, 2021)

Şəkilləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Miss Dünya qalibləri Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Musiqi Kateqoriya:Hindistan müğənniləri Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:XXI əsr aktrisaları