Binələr — Azərbaycan Respublikasının Ağdaş rayonunun Binələr kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 951-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Binələr kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Kəndin adı keçmişdə yayı Şəki rayonunun Daşağıl və Gəldək kəndləri arasındakı Ağcaqala adlı yerdə, qışı isə Kür sahilində, Abad və Pirəzə Qaraoğlan kəndləri arasındakı ərazidə keçirmiş binələr adlı elatın adındandır. Sonralar həmin elat Muncuqlu, Qaraağac və Tava adlı yataqların ətrafında məskunlaşıb indiki kəndin əsasını qoymuşdur. Yeni salınmış yaşayış məntəqəsi də həmin elatın adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cu ildə oykonim Binəcər variantında qeydə alınmış, Kürdəmir rayonunun Padar inzibati ərazi vahidində isə Binəcik adlı kənd olmuşdur.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir.

Əhalisi

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağdaş rayonunun kəndləri