thumb|Kəşmir vadisi (narıncı hissə) Kəşmir vadisi — Böyük Himalay dağları və Pir-Pəncəl silsiləsi arasında tektonik çökəklik.

1600 m yüksəklikdədir. Uzunluğu təqribən 200 km, eni isə 65 km-dir. İqlimi mülayim istidir. Çoxlu göl var. Vadidən gəmiçiliyə yararlı Celam çayı axır. Palıd, göyrüş, ağcaqayın meşələri, yamaclarında iynəyarpaqlı meşələr var. İqlim kurortudur. Turizm inkişaf etmişdir. Hindistanın Srinaqar şəhəri Kəşmir vadisindədir.

İstinadlar

Kateqoriya:Himalay Kateqoriya:Hindistan dərələri