İkram İsrafil () — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.

Həyatı İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir.

1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır.

1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur.

Ailəsi Evlidir, 3 övladı var.

Ağ Partiyasının sədri Tural Abbaslının qayınatasıdır.

Siyasi fəaliyyəti Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Müsavat Partiyasının üzvüdür.

Mənbə 41 saylı Sumqayıt birinci seçki dairəsi

Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları