Mançester Universiteti () — İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın aparıcı elmi-tədqiqat universitetləri qurumu olan Russell Qrupunun və elmi-tədqiqat layihələri üzrə "N8 Qrupu"nun üzvüdür. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır.

Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 89785350484041443840413841

+ "QS World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11333033322930

Məşhur alimləri Mançester Universitetində 23 Nobel mükafatçısı çalışaraq tədqiqat aparıb. Mançester Universitetinin tanınmış şəxslərindən atom nəzəriyyəsinin banisi Con Daltonu, atomun nüvə təbiətini kəşf etmiş Ernest Rezerfordu, fiziklər Osborn Reynoldsu, Nils Boru, Artur Şusteri, Ernest Marsdeni, Balfur Styuartı, riyaziyyatçılar Pol Erdeş Horatsiy Lembi, süni intellektin yaradıcılarından Alan Tyurinqi, məşhur filosoflar Samuel Aleksanderi, Lüdviq Vithenşteyni, radioastronomiyanın yaradıcısı Bernard Lovelli, iqtisadçı Riçard Nelsonu və s. qeyd etmək olar.

Məşhur məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Corc Riçards – Trinidad və Tobaqonun prezidenti; Veytsman Xaim – İsrailin ilk prezidenti; Teo Hin – Sinqapurun Baş naziri; Səid Musa – Belizin sabiq Baş naziri; Camaluddin Carcis – Malayziyanın sabiq Elm, Texnologiya və İnnovasiya naziri; Marqarit Beket – Böyük Britaniyanın keçmiş ticarət və sənaye naziri; Xans Bete – fizika üzrə Nobel mükafatçısı; Ernest Rezerford – kimya üzrə Nobel mükafatçısı; Volter Houors – kimya üzrə Nobel mükafatçısı; Con Polanyi – kimya üzrə Nobel mükafatçısı; Con Salston – tibb və fiziologiya üzrə Nobel mükafatçısı; Arçibald Hill – tibb və fiziologiya üzrə Nobel mükafatçısı; Jozef Stiqlitz – iqtisadiyyat üzrə Nobel mükafatçısı; Artur Luis – iqtisadiyyat üzrə Nobel mükafatçısı; Robert Bolt – ssenarist və iki Oskar mükafatçısı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Mançesterdə təhsil Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:1824-cü ildə yarananlar Kateqoriya:Rassell qrupu Kateqoriya:2004-cü ildə yaradılmış təhsil müəssisələri Kateqoriya:Birləşmiş Krallıq ali təhsil müəssisələri