right|thumbnail|150px|Azərbaycanın poçt markası (2012) Alov qüllələri () — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.

Layihə Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri Alov Qüllələridir.

Maraqlı faktlar Skyscrapercity.com (urbanistika haqqında nüfüzlu forum) saytının keçirdiyi sorğuya görə "Alov Qüllələri" işıqlandırılma üzrə birinci yeri tutur. Üstündə animasiyon mənzərə vermək üçün binalar bütövlüklə ekranlarla örtürülüb. Binanın tikilməsi "Build it Bigger" verilişində göstərilmişdi, bu veriliş "Discovery Channel"də və "Science Channel"də yayımlanır. Tikiliş üçün 400 milyon ABŞ dolları xərclənmişdir

Şəkillər

Mükafatları Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin "Ən yaxşı otel və turizm mərkəzi" nominasiyasının qalibi elan edilib.

Həmçinin bax

The Crescent Development Project Heydər Əliyev Mərkəzi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı memarlığı Kateqoriya:Bakıdakı göydələnlər Kateqoriya:Səbail rayonundakı tikililər Kateqoriya:Azərbaycandakı göydələnlər Kateqoriya:Azərbaycandakı pərakəndə binalar Kateqoriya:2012-ci ildə tikilmiş hotellər