ASALA-nın 1970–1990-cı illərdə keçirdiyi terror aktlarının siyahısı. TarixRegionƏməliyyat20 yanvar 1975 Livan, BeyrutÜmumdünya kilsə şurasının mənzil gərargahının partladılması.7 fevral 1975 Livan, BeyrutTürkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən, bomba işə düşmüş və bir nəfər livanlı polis ağır xəsarət almışdır. ASALA terror aktına görə məsuliyyəti öz boynuna götürmüşdür.20 fevral 1975 Livan, BeyrutTürkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşür, ofisin binasına ciddi ziyan dəyir.14 oktyabr 1975 Fransa, ParisTürkiyənin bu ölkədəki səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir, ESƏD məsuliyyəti öz boynuna götürür, lakin sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirir. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak etmişdir.22 oktyabr 1975 Avstriya, VyanaTürkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetirirlər.28 oktyabr 1978 Livan, BeyrutTürkiyə səfirliyi raketlərlə atəşə tutulur.1976–1979 Türkiyəİqtisadi və hərbi xarakterli obyektlərdə diversiyalar və obyektlərə hücumlar.16 fevral 1976 Livan, BeyrutTürkiyə səfirliyinin birinci katibi Oktar Sirit, ASALA terrorçusu tərəfindən qətlə yetirilir.17 may 1976 AFR, Frankfurt, Köln, EssenTürk konsulluqlarında partlayışlar.2 mart 1977 Livan, BeyrutTürkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılır.6 iyun 1977 İsveçrə, SürixGüclü partlayış nəticəsində, milliyyəti türk olan Hüseyn Bülbülə məxsus mağaza tam dağıdılır.2 iyun 1978 İspaniya, MadridAvtomatik silahla silahlanmış üç erməni terrorçusu, türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bunun nəticəsində səfirin həyat yoldaşı, Neqla Küneralp, maşında olan keçmiş səfir, Bəşir Balsoğlu həlak olur, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinir.17 dekabr 1978 İsveçrə, CenevrəCenevrədə yerləşən türk aviaşirkətlərindən birinin ofisində, partlayıcı qurğu işə düşür, partlayış nəticəsində xəsarət alan olmasa da ofisə ciddi ziyan dəyir.7 avqust 1979 AFR, FrankfurtTürk aviaşirkətinin ofisində partlayış baş verir, partlayış nəticəsində küçədən keçən alman vətəndaşı yaralanır.22 avqust 1979 İsveçrə, CenevrəTürkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına qoyulmuş partlayıcı qurğu işə düşür, bunun nəticəsində küçədən keçən bir neçə isveşrəli yaralanır.4 oktyabr 1979 Danimarka, KopenhagenTürk aviaşirkətinin ofisi yaxınlığında baş vermiş partlayış nəticəsində, ofisə ciddi ziyan dəyir, iki nəfər danimarkalı isə yaralanır.12 oktyabr 1979 Niderland, HaaqaTürkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilir, bu qətlə qörə məsuliyyəti ASALA və ESƏD öz üzərinə götürür.30 oktyabr 1979 İtaliya, MilanTürk avia şirkəninn ofisində partlayış.8 noyabr 1979 İtaliya, RomaPartlayış nəticəsində, Türkiyə səfirliyinin binasına ciddi ziyan dəymişdir.18 noyabr 1979 Fransa, ParisParisdə üç aviaşirkətin ofisinin qarşısında partlayışlar baş verir, bunun nəticəsində Türk hava yolları, KLM və Lufthanza şirkətinin ofislərinə ciddi ziyan dəyir, iki fransız polis isə yaralanır.25 noyabr 1979 İspaniya, MadridBritaniya hava yolları şirkətinin və amerikan aviaşirkətlərindən birinin ofisini qarşısında partlayış baş verir, partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürür və bunu Roma papası II İoann Pavelə onun Türkiyəyə nəzərdə tutulan səfərdən vaz keçməsi üçün xəbərdarlıq olduğunu elan edir.17 dekabr 1979 Böyük Britaniya, LondonTürk aviaşirkətinin Londondakı ofisinin qarşısında partlayış baş verir, partlayış nəticəsində, binaya ciddi ziyan dəyir.22 dekabr 1979 Fransa, ParisTürkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi, Elmaz Şolpan Parisin mərkəzində qətlə yetirilmişdir. Bir neçə erməni terror qrupu məsuliyyəti öz üzərinə götürmüşdür, həmçinin də ASALA.22 dekabr 1979 Niderland, AmsterdamTürk hava yolları şirkətinin ofisinin qarşısında partlayış baş verir, bunun nəticəsində binaya ciddi ziyan dəyir.23 dekabr 1979 İtaliya, RomaKilsələr şurasının qarşısında partlayış baş verir.23 dekabr 1979 İtaliya, RomaŞəhərdə Fransa və ABŞ aviaşirkətlərinin ofislərinin qarşısında üç partlayış baş verir, partlayışlar nəticəsində küçədən keçən bir çox adam yaralanır. Terror aktına görə məsuliyyəti öz boynuna götürən ASALA bunun "ermənlərə qarşı apardığı siyasətə görə Fransa hokümətinə cavab olduğunu elan edir".10 yanvar 1980 İran, TehranTürkiyə aviaşirkətinin bürosunun qarşısında partlayış baş verir.18 fevral 1980 İtaliya, Roma"Lüfthanza", "Svis Eyr" və "El Al" şirkətlərinin ofisləri partladılmışdır. ASALA terror aktlarına görə məsuliyyəti öz boynuna götürür və terror aktlarının səbəbini belə izah edir: "Lüfthanza" – "türk faşizminə yardım edən alman hökumətinin cəzalandırılması məqsədilə" "Svis Eyr" — "gunahsız ermənləri həbsxanaya salmaması üçün İsveçrə hökumətinə xəbərdarlıq" "El Al" – "Sioznizmə görə"19 may 1980 Fransa, MarselTürkiyə konsulluğuna yönəldilmiş, və konsulluğun binasını vurmaq üçün nəzərdə tutulmuş raket aşkarlanmış və zərərsizləşdirilmişdir.31 iyul 1980 Yunanıstan, AfinaTürkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Qalib Özman ailəsi ilə birlikdə avtomobildə olarkən, terrorçuların hücumuna məruz qalmış, Qalib və onun 14 yaşlı qızı Nəslihan hadisə yerindəcə həlak olmuşlar, həyat yoldaşı Sevil və 16 yaşlı oğlu Kaan isə ağır yaralanmışlar.5 avqust 1980 Fransa, Lyonİki erməni terrorçusu türk konsulluğunun binasına zorla daxil olaraq, qapıçıdan konsulun yerini deməsini tələb edirlər, sonra onlar ətrafa atəş açaraq iki nəfəri qətlə yetirirlər, bir neçə nəfər isə yaralanır.26 sentyabr 1980 Fransa, ParisErməni terrorçuları iki dəfə Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə attaşesi Selcu Baklabaşına atəş açırlar. O, sağ qalır, lakin ömürlük iflic olur.3 oktyabr 1980 İsveçrə, CenevrəÖz otel otaqlarında bomda hazırlayarkən iki erməni terrorçu Süzi Mesxedjan və Aleksandr Yeniqomşyan yaralanır. Onların həbsi ASALA–nın yeni qrupunun "3 oktyabr qrupunun" yaradılmasına səbəb olur. Bu qrup bütün dünyada İsveçrə təşkilatlarına hücumlar həyata keçirirdi.3 oktyabr 1980 İtaliya, MilanTürk aviaşirkətinin ofisinin qarşısında baş verən partlayış nəticəsində, iki nəfər İtaliya vətəndaşı yaralanır.5 oktyabr 1980 İspaniya, MadridPartlayış nəticəsində "Al İtaliya" aviaşirkətinin ofisinə ciddi ziyan dəymiş 12 nəfər yaralanmışdır.10 oktyabr 1980 Livan, BeyrutBeyrutun qərbində İsveçrə təşkilatlarının qarşısında bir neçə partlayış baş verir, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu oz boynuna götürür, onların ardınca İngiltərədə İsveçrə təşkilatlarına qarşı oxşar terror aktları törədən digər qruplar da məsuliyyəti öz üzərinə götürür.12 oktyabr 1980 Böyük Britaniya, LondonPartlayış nəticəsində Türkiyə turizm və məlumat bürosuna ciddi ziyan dəyir.12 oktyabr 1980 Böyük Britaniya, Londonİsveçrə ticarət mərkəzində partlayış baş verir, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu öz üzərinə götürür.13 oktyabr 1980 Fransa, ParisPartlayış nəticəsində Parisdə yerləşən İsveçrə turizm bürosunun binasına ciddi ziyan dəyir. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz üzərinə götürür.21 oktyabr 1980 İsveçrə, İnterlakenParisdən İnterlakenə qedən qatarda partlayıcı qurğu aşkarlanmışdır, İsveçrə hüquq mühafizə orqanları qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulduğunu hesab edirlər.4 noyabr 1980 İsveçrə, CenevrəPartlayış nəticəsində Cenevrədə yerləşən məhkəmə binası ciddi zədələnir. İsveçrə hüquq mühafizə orqanları partlayışı ASALA – nın törətdiyini bildirir, bir müddət sonra isə "3 oktyabr" qrupundan olan terrorçular məsuliyyəti öz boynuna götürür.9 noyabr 1980 Fransa, StrasburqPartlayış nəticəsində Strasburqdakı Türkiyə konsulluquna ciddi ziyan dəyir, terror aktına görə məsuliyyəti "Türk – kürd işçi partiyası" və ASALA götürür.10 noyabr 1980 İtaliya, RomaRomada yerləşən İsveçrə aviaşirkətinin ofisində, və İsveçrə turizm bürosunda baş vermiş partlayış nəticəsində, 5 nəfər yaralanmışdır, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu götürmüşdür. Sonra ASALA və "Türk – kürd işçi partiyası" da onlara qoşuldular.19 noyabr 1980 İtaliya, RomaTürkiyə səfirliyi nəznində fəaliyyət göstərən turizm bürosunun və türk aviaşirkətinin yerləşdiyi binada partlayış baş verir.25 noyabr 1980 İsveçrə, CenevrəPartlayış nəticəsində "İsveçrə banklarının ititifaqı"nın binasına ciddi ziyan deymişdir, bir nəfər xəsarət almışdır. Partlayışa görə məsuliyyəti "3 oktyabr" təşkilatı götürmüşdür.5 dekabr 1980 Fransa, MarselPolis İsveçrə konsullluğuna qoyulmuş partlayıcı qurğunu zərərsizləşdirir. Hüquq mühafizə orqanları partlayıcı qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulmasını ehtimal edirlər.25 dekabr 1980 İsveçrə, SürixPartlayış nəticəsində Kloten hava limanının radiolakasiya sisteminin idarəedici qurğusu partlayış nəticəsində sıradan çıxır, ikinci partlayıcı qurğu isə hava limanının əsas üçuş enmə zolağında aşkar olunur və zərərsizləşdirilir. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür.29 dekabr 1980 İspaniya, Madrid"Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir, hadisə yerindən reportaj hazırlayan jurnalist, ikinci bombanın partlaması zamanı ağır bədən xəsarətləri alır. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür.30 dekabr 1980 Livan, Beyrut"Svis Kredit" şirkətinin ofisində partlayış baş verir, partlayışa görə məsuliyyəti "3 oktyebr qrupu öz üzərinə götürür.14 yanvar 1981 Fransa, ParisTürkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşaviri, Əhməd Erbəylinin maşınında partlayış baş verir. Diplomat heç bir zərər çəkməsə də, ətrafdakı binalara və maşınlara ziyan dəyir. ASALA nın özünü "Aleks Yeqişemonyan qrupu" adlandıran terrorçu dəstəsi, partlayışa görə məsuliyyəti öz boynuna götürür.27 yanvar 1981 İtaliya, MilanPartlayış nəticəsində, "Svis Eyr" aviaşirkətinin bürosuna ciddi ziyan dəyir. Küçədən keçən iki nəfər İtaliya vətəndaşı yaralanır. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz boynuna götürür.3 fevral 1981 ABŞ, Los-Ancelesİsveçrə konsulluğunun pilləkanları altına qizlədilmiş, partlayıcı qurğu aşkarlanaraq, zərərsizləşdirilir. "3 oktyabr" qrupu, məsuliyyəti öz boynuna götürür, və İsveçrə hokumətinin erməni terorçusu Syuzi Mesxeredjyanı sərbəst buraxmadıqca bu cür aksiyaların davam edəcəyini bildirirlər.5 fevral 1981 Fransa, ParisAmerika və Fransaya məxsus iki aviaşirkətin ofisində qoyulmuş, partlayıcı qurğuların işə düşməsi nəticəsində, 1 nəfər yaralanır, ofislərə ciddi ziyan dəyir. Özünü "3 oktyabr erməni milli hərəkatı" adlandıran qrup, terror aktına görə məsuliyyəti öz boynuna götürür.4 mart 1981 Fransa, ParisASALA nın Şaan Natali adlı qrupundan olan iki nəfər erməni terrorçu, türk diplomatlarına hücüm edir.
Źródło i licencja
Na podstawie: Wikipedia — ASALA-nın əməliyyatlarının siyahısı · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.