Baqəvərkimilər () — Baqəvərçiçəklilər sırasına aid bitki fəsiləsi.Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009. Fəsilə 19 cins və 113 növdən ibarətdir. Növlərin əksəriyyəti bataqlıqlarda və gölməçələrdə bitən su bitkiləridir.
Təsnifat APG III sisteminə əsasən, Bəqəvərkimilərə əvvəllər Limnocharitaceae adlı fəsiləyə daxil edilmiş üç cins daxildir. Ümumilikdə, Alismataceae fəsiləsinə 19 cins daxildir və bunlardan ikisinin nəsli kəsilib:Alismataceae in L. Watson and M. J. Dallwitz (1992 onwards).
Yetişdirilməsi və istifadəsi Bir neçə növ, xüsusən də Sagittaria cinsinə aid bəzi növlər Cənub və Şərqi Asiyada həm insanlar üçün qida, həm də heyvan yemi məqsədilə yetişdirilən yeməli kökümsov gövdəyə malikdir. Bitkinin bu hissəsi Şimali Amerikanın yerli xalqları tərəfindən qida olaraq istehlak edilirdi. Fəsilənin bəzi nümayəndələri gölməçələrdə və akvariumlarda dekorativ bitki kimi yetişdirilir.
İstinadlar
Kateqoriya:Baqəvərkimilər Kateqoriya:Su bitkiləri