() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir.

Botaniki xarakteristikası Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır. Yarpaqlarının itiuclu və kənarının itidişli olması ilə başqa növlərdən fərqlənir. Ətirli, ağ rəngli çiçəkləri ikicinslidir. Diametri 2,5 sm-ə qədər olur. Meyvəsi silindrvari, ucdan sivri buruncuqludur. Sentyabr-oktyabr aylarında yetişmiş meyvələri açıq-narıncı rəngdə olur. Meyvələrinin uzunluğu 4 sm-dək olub, sentyabr ayında yetişir, həmin dövrdə rəngi kəskin dəyişir.

Ekologiyası İsti, rütubətsevəndir, günəşin sərt şüalarından yarpaqları yanır.

Azərbaycanda yayılması Abşeronda, Lənkəranda, Astarada özəl həyətyanı sahələrdə rast gəlinir. Mədəni şəraitdə XIX əsrin 60-cı illərindən becərilir.

İstifadəsi Canlı çəpərlərin salınmasında, divarların örtülməsində dekorativ bitki kimi istifadə olunur. Meyvələri askorbin turşusu ilə zəngindir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Yaponiya meyvələri Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Yaponiya florası