() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayılmışdır.
Botaniki xarakteristikası Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir. Hündür gövdələri çoxsaylı buğumludur. Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur. Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir. Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır. Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur. Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir. Payızda çiçəkləyir. Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur.
Ekologiyası Küləkdə hamar, cod yarpaqları əyilir. Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir.
Azərbaycanda yayılması Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır.
İstifadəsi Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür. Xalq arasında dam örtüyü, çəpərçəkmə və s. istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Avropa florası Kateqoriya:Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları