() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Arealı Günəbaxanın vətəni Amerikadır. Yabanı halda Meksikada və Peruda təsadüf edilir. Avropaya XVI əsrdə Meksikadan gətirilib və uzun müddət bəzək bitkisi kimi istifadə olunub.
Botaniki xarakteristikası Hündür birillik bitkidir. Yarpaqları iri, bütöv ayalıdır, gövdə üzərində spiral şəklində düzülür, çiçəklər gövdənin təpə hissəsində səbət çiçək qrupunda toplanır. Səbətin diametri 30 sm-ə bərabər olur. Səbət alt tərəfdən bir-birinə bitişmiş yaşıl sarı yarpaqları ilə örtülmüşdür. Səbətdə minə qədər çiçək olur. Burada toplanmış çiçəklər boru və dilcikşəkillidir. Boruşəkilli çiçəklər səbətin ortasında yerləşir. Onlar pərdəşəkilli kasacıq və 5 bitişmiş sarı rəngli ləçəkdən əmələ gəlmiş tacdan ibarətdir. Tacın ortasında ikidilimli zərif dişicik və bitişik halda 5 erkəkcik yerləşir. Bitişmiş erkəkciklər dişiciyi əhatə edən borucuq əmələ gətirir. Səbəti qıraqlardan dilcikşəkilli sarı çiçəklər əhatə edir.
Azərbaycanda günəbaxanın iki növü becərilir. Onlardan biri birillik günəbaxan, digəri isə köküyumru günəbaxandır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qida bitkiləri Kateqoriya:Yağlar Kateqoriya:Mürəkkəbçiçəklilər cinsləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları