() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 15–25 m olan, dırmaşan kol lianadır. Gövdə digər ağaclara sarmaşaraq hündürə qalxır. Qabığı çəhrayımtıl-boz rəngdədir, ziyilli mərciməklidir. Yarpaqları qarşı-qarşıyadır, qalın dərilidir, yumurtaşəkilli, yumurtaşəkilli-neştərvari və yaxud neştərvaridir, orta damarı seçiləndir, çılpaq və qısa saplaqdadır; aşağı yarpaqlar adətən küt, yuxarı yarpaqlar isə sivridir. Çiçəklər 2–7 sayda çiçəkdən ibarət seyrək yarımçətirlərdə toplanmış və budağın sonunda yerləşir. Çiçək altlığı və saplağı seyrək tüklüdür. Tac qonurtəhər-yaşılımtıldır, diametri 1,5–2 sm-dir, hissələri uzunsovdur, kütdür, kənarları və qaidə hissəsi ağ tüklüdür; bölümləri qısa sapşəkillidir, tacın payları ilə növbələşir. Toxumları tünd-qonur rəngli, milşəkilli və uzunluğu 10–12 mm-dir, bir tərəfində uzun fır vardır, sonunda parlaq, ağ ipəyəoxşar kəkili vardır. May-iyul aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması Samur-Şabran ovalığı, BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ cənub, Lənk. dağ., Alazan-Əyriçay, Kür-Araz ovalığı, Kür düz., Lənkəran ovalığında aşağı dağ qurşağına qədər yayılmışdır.
Yaşayış mühiti Çayın aşağı tərəflərində, çay sahilində, kolluqlar arasında rast gəlinir; ağac və kollara dırmaşaraq onların gövdəsinin yuxarısına qədər qalxır.
Təsərrüfat əhəmiyyəti Zəhərli bitkidir. Şirəsində kauçuq və qatran vardır. Qabığı bir neçə ürək xəstəliklərində əhəmiyyətli sayılır. Dekorativ bitkidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Dekorativ kollar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları