() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Sibir, Avropa, Asiya və Şimali Amerikada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2-3 m olan koldur. Budaqları və gövdəsi möhkəm, qarmaqvari tikanlarla örtülmüşdür. Yarpaqları ellipsvari və ya tərs yumurtavari olmaqla 3-5 ədəddir. Yarpaqcıqlarının kənarı zəif dişlidir. Üst və alt hissədən zəif tükcüklərlə örtülüdür. Çiçəkləməsi may ayının əvvəllərindən başlayaraq iyun ayının axırına qədər davam edir. Bu növ vegetasiya müddətində bir dəfə çiçəkləyir. Çiçəyi çox ətirli, ağ, alabəzək və sarı rəngdə olur, diametri 8 sm-ə qədərdir, çiçək salxımında tək-tək yerləşir. Meyvəsi payızda yetişir, qırmızı rəngli kürə formasındadır.
Ekologiyası Xarici mühit şəraitinə tələbkar deyil, kölgəyə, xəstəlik və zərərvericilərə davamlıdır.
Azərbaycanda yayılması Respublikamızın bir çox rayonlarında mədəni şəraitdə becərilir.
İstifadəsi Bitkinin ləçəklərindən alınan efir yağının tərkibində 1,02% limonene, 0,42% nononal, 0,32% linalol, 47.76% fenil etil spirti vardır ki, bundan da ətriyyatda və tibbdə geniş tətbiq edilir. Yaşıllaşdırmada Rosa "Voria Dej" formasından da istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qızılgül Kateqoriya:Bitki hibridləri