Məzmun Psixoloji kinopovest Xəzərin sahilinə yaxın yerləşən Sarı adasının əsrarəngiz təbiətindən, buradakı sakinlərin məşğuliyyətindən, məişətindən, adət-ənənələrindən, təzadlı mənəviyyatlarından bəhs edir. İctimai-mənəvi problemlərə toxunan bu kinolent adanın balıqçılıq qəsəbəsinin həyatının bir neçə günü haqqında danışır.
Film haqqında Filmin titrləri: Dörd tərəfdən dənizlə əhatə olunmuş torpaq parçasına ada deyilir (coğrafiya dərsliyindən).
Film aktrisa Törəxanım Zeynalovanın kinoda son işidir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Əli Qafarov Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Vladimir Savin Rejissor: Akif Rüstəmov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: V. Arapov Montaj edən: Tamara Nərimanbəyova Quraşdırılmış səhnələrin operatoru: Vaqif Muradov (V. Muradov kimi) Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Səməd Lazımov, Nicat Feyzullayev, Esmira İsmayılova Operator assistenti: Amin Novruzov, İ. Kopanets, Vaqif Bağırov Rəssam assistenti: Tamilla Dağıstanlı Redaktor: Ədhəm Qulubəyov Dirijor: Nazim Rzayev Filmin direktoru: Bəşir Quliyev Məsləhətçi: İlyas Hüseynov
Rollarda Həsən Məmmədov — Fərman Şükür Bürhanov — Ağabala Tofiq Tağızadə — sədr Teymur Muxtarov Leyla Şıxlinskaya — Şəfiqə Həsənağa Turabov — Fazilov İvan Rıjov — Yakob Mitroşin Sadıq Hüseynov — Əlihüseyn Şahmar Ələkbərov — Rizvan Rafiq Əzimov — Gündüz Məmmədrza Şeyxzamanov — Mahmud T. Ksenofontova — Qora C. Ağayev Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Validə Rafiq Kərimov Sadıq Həsənzadə — Nuru Əminə Nağıyeva S. Aslanova Sədayə Mustafayeva — Şəfiqənin anası Törəxanım Zeynalova — Əlihüseynin bacısı Eldar Əzimov E. Paşayev E. Məmmədov Lyudmila Duxovnaya Abbas Rzayev Süleyman Ələsgərov — kənd sakini İlham Namiq Kamal — bufetçi Əli Tariyel Qasımov — telemüxbir
Filmi səsləndirənlər Əminə Yusifqızı — Şəfiqə (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur) Səməndər Rzayev — Muxtarov (Tofiq Tağızadə) (titrlərdə yoxdur) Yusif Vəliyev — Ağabala (Şükür Bürhanov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Mitraşin (İvan Rıjov) (titrlərdə yoxdur)
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246; 414. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 186. Bu Azərbaycan filminin ssenaristi ölü tapıldı — "Naməlum kino"
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Tofiq Tağızadənin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1972-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər