Cabbarov Ələkbər Məmmədəli oğlu (3.1.1898, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı I Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini təbiət elmləri sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Həmçinin bax Cümhuriyyət tələbələri
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri