Səidi ben Şeyx Abdullah () — Mavritaniyanın sabiq prezidenti.
Həyatı Mavritaniyanın 5-ci prezidenti olmuş Səidi ben Şeyx Abdullah ölkə silahlı qüvvələrinin sabiq Baş Qərargah rəisi və Prezident Qvardiyasının keçmiş komandanı Məhəmməd ben Əbdul Əzizin başçılıq etdiyi hərbi çevrilişlə devrilmişdir. Əbdül Əziz postlarından kənarlaşdırılandan sonra dövlət başçısına qarşı radikal müxalifətə keçmiş, sonda prezidenti kürsüdən kənarlaşdırmışdı.
Mavritaniyanın sabiq prezidenti Səidi ben Şeyx Abdullah indi doğma kəndində məscidin axundudur. "İndi könlüm rahat, ürəyim sakitdir. Kimsəyə qarşı kin saxlamıram. Kəndimizdəki məscidə hər səhər gedəndə Allahdan insanlara həmd olmağı istəyirəm", — sabiq prezident deyib.
İstinadlar
Kateqoriya:Mavritaniya prezidentləri Kateqoriya:Böyrək çatışmazlığından vəfat edənlər Kateqoriya:Mavritaniya şəxsləri