() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır.
Yayılması Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb.
Həyat tərzi Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır. Biologiyası zəif öyrənilmişdir. Cücülər, bitki toxumları və cücərtilərilə qidalanır
Sayı XX əsrin 70-ci illərində Naxçıvanda və Mil düzündə 3-5 fərddən ibarət kiçik qruplarına, digər ərazilərdə isə tək-tək fərdlərinə rast gəlinmişdir. Kür-Araz ovalığında 1990-cı illərdə 2, Abşeron-Qobustanda Səngəçal terminalı ətrafındakı ərazilərdə I. 2001-ci ildə 2, II. 2008-ci ildə 6, VI. 2008-ci ildə 2, X. 2008-ci ildə 2, I. 2009-cu ildə 8, Qızılağac Dövlət Təbiət Qoruğunda VI. 2004-cü ildə 4, VI. 2005-ci ildə 5 fərdi qeydə alınmışdır
Azalma səbəbləri Yarımsəhra, səhra və bozqırlarda meyvə-tərəvəz, texniki və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi, böyük miqdarda mal-qaranın otarılması, qanunsuz ovlanması.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağan edilmişdir. Turyançay, Körçay, Şahbuz Dövlət Təbiət Qoruqları, Şirvan, Ağgöl, Altıağac, Ordubad Milli Parkları, səhra, yarımsəhra və bozqır landşaftlı ərazilərdə yasaqlıqlar təşkil edilmişdir. Azərbaycanın və Naxçıvan MR-in Qırmızı kitablarına və Bern konvensiyasına daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Qobustanda Səngəçal terminalı ilə Çiçəkdağ arası əraziyə, Acınohur və Sarıca düzlərinə yasaqlıq statusunun verilməsi, növün qorunmasının elmi əsaslandırılmış şəkildə fəal təbliğ edilməsi vacibdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar