Kanal ( – boru) — hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var.Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir.

Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir.

Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s. şəklində olur. Axın və dalğa təsirindən kanal dibinin yuyulmasını, suyun torpağa hopmasını azaltmaq (kanalın suburaxma qabiliyyətini çoxaltmaq) üçün müxtəlif üzlük materiallarından (məsələn: beton, dəmir-beton) istifadə olunur.

Mənbə

Həmçinin bax

Arx

Kateqoriya:Kanallar Kateqoriya:Sahilyanı inşaat