() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur.

Botaniki xarakteristikası 2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi. Paxla meyvəsində 4.5–12 sm uzunluğunda və 0.5-0.8 sm enində nazik toxumları olurPG Kodela. "New South Wales Flora Online: Acacia falcata". Royal Botanic Gardens & Domain Trust, Sydney, Australia.. left|thumb|290x290px

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Bitki aprel-avqust aylarında çiçəkləyir, sentyabr-dekabr aylarında meyvə və toxum verirElliot, Rodger W.; Jones, David L.; Blake, Trevor (1985). Encyclopaedia of Australian Plants Suitable for Cultivation. 2. Port Melbourne: Lothian Press. pp. 48–49. ISBN 978-0-85091-143-5. Toxum dekabr ayında tam yetişir və küləklə yayılır. Toxum tullantılarla çirkləndirilmiş ərazilərdə cücərə bilir.

Yayılması Şərqi Avstraliyada: Queenslanddan cənub sahilindən, şərqdə Yeni Cənubi Uelsin şərqinə və  Bermagui'ya qədərdir. Əsasən açıq meşədəki gilli daşlı torpaqlarda bitir. Eucalyptus paniculata, E. longifolia və E. tereticornis kimi ağaclarla assosaiyalar əmələ gətirirFairley A, Moore P (2000). Native Plants of the Sydney District: An Identification Guide(2nd ed.). Kenthurst, NSW: Kangaroo Press. p. 128. ISBN 978-0-7318-1031-4..

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avstraliya ağacları Kateqoriya:Kvinslend florası Kateqoriya:Yeni Cənubi Uels florası