Əli Əsgər bəy Mahmudbəyov (Mahmudbəyov Hacı İbrahimxəlil bəy oğlu Ələsgər bəy; ) — mühəndis, Azərbaycan Milli Şurasının üzvü. İstiqlal Bəyannaməsini imzalamış Azərbaycanın Milli Şurasının nümayəndəsi.
Həyat və fəaliyyəti Əli Əsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov 1866-cı ildə Şamaxıda anadan olub. Orta təhsilini Bakı Real Məktəbində alıb. 1885-ci ildə Moskvada Bauman adına Texniki Məktəbdə təhsil almağa başlayıb. Təhsilini bitirdikdən sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində mühəndis işləyib.
1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərib, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak edib.
Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvdən biridir.
1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur.
Ailəsi Həbib bəy Mahmudbəyovun qardaşıdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri