Hənifə Pirverdiyev () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.
Bakı Texniki Peşə Məktəbində təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Şarlottenburq Politexnik İnstitutunda memarlıq fakültəsində təhsil alıb.
1927-ci ildə Azərbaycan SSR-yə gəlib. Bakı şəhəri Baş Yol İdarəsində mühəndis kimi işləməyə başlayıb. 1940-cı il iyulun 27-də XDİK tərəfindən həbs olunub. Antisovet təşviqat aparmaqda ittiham olunub və sürgün edilib. Sonrakı həyatı haqda məlumat yoxdur.
Həyatı
İlk illəri Pirverdiyev Hənifə Hacı Murad oğlu 1893-cü ildə Sabunçu kəndində anadan olub. 1904–1909-cu illərdə Sabunçu məktəbində təhsil alıb. 1910-cu ildə Bakı Texniki Peşə Məktəbinə daxil olub və 1917-ci ildə oranı bitirib. Təhsilini Əli bəy Aşurbəyovun dəstəyi ilə alıb. 1917–1918-ci illərdə müəllimlik edib və özəl dərslər keçib.
1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. 1918-ci ildən 1920-ci ilin yanvar ayınadək Sabunçuda məktəbdə müəllimlik edib. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi.
Hənifə Pirverdiyev də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb. 250px|thumb|right|Hənifə Pirverdiyev həbsdə ikən, 1940-cı il Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Hənifə Pirverdiyev Berlinə gedib və orada Şarlottenburq Politexnik İnstitutunda memarlıq fakültəsində təhsil almağa başlayıb. Burada 1926-cı ilə qədər təhsil alsa da xəstəliyinə görə təhsilini bitirə bilməyib. 1926–1927-ci illərdə ixtisasını dəyişib və Daleme Bağ-Tərəvəzçilik Məktəbində təcrübə keçib.
SSRİ-də 1927-ci ildə Azərbaycan SSR-yə gəlib. Bakı şəhəri Baş Yol İdarəsində mühəndis kimi işləməyə başlayıb.
1940-cı il iyulun 27-də XDİK tərəfindən həbs olunub. Onu antisovet təşviqat aparmaqda ittiham ediblər. Qeyd olunub ki, 1940-cı ilin fevral ayında tələbələrdən biri institutda imtahanı rus dilində verməkdən kollektiv şəkildə imtina etdiklərini bildirdikdə orada olan Hənifə Pirverdiyev deyib ki, bütün azərbaycanlı tələbələr, bütün Azərbaycan gəncləri bu tələbələr kimi möhkəm birləşmiş olsaydılar biz azərbaycanlılar indi bu vəziyyətdə olmazdıq, indi ruslar bizə ağalıq edir. SSRİ XDİK Özəl Müşavirəsinin 25 yanvar 1941-ci il tarixli qərarı ilə Hənifə Pirverdiyev 8 il islah-əmək düşərgəsinə məhkum olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.
Ailəsi Hənifə Pirverdiyev, Pirverdiyev Mahmud Baxış oğlunun və Pirverdiyeva Sona Şəfi qızının ailəsində anadan olub. Bilal Pirverdiyev və Ağababa Pirverdiyev adlı qardaşları və Pirverdiyeva Xanımbacı adlı bacısı olub. Qardaşı Bilal Pirverdiyev Azərbaycanda Stalin Repressiyaları dövründə 1937-ci ildə həbs olunub və güllələnib.
Hənifə Pirverdiyevin həyat yoldaşı Yelena xanım 1880-ci ildə Memel şəhərində anadan olub. 1925-ci ildə Hənifə Pirverdiyev ilə ailə qurub. 1928-ci ildə Bakıya köçüb. Uşaqları olmayıb. 1941-ci ildə milliyyətcə alman olduğu üçün sürgün olunub.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri