Ərməki — Azərbaycan Respublikasının Quba rayonunun Amsar kənd inzibati ərazi dairəsində kənd. Amsar bələdiyyəsinin tərkibindədir.

Tarixi Ərməki Quba rayonunun Amsar inzibati ərazi vahidində kənddir. Düzənlik ərazidə yerləşir. 1917-ci ildə Armaki şəklində qeydə alınan bu oykonim sonralar Ərmaki (1961), Ərməki (1986) kimi təqdim olunmuşdur. Belə ehtimal olunur ki, kəndin adı türk dillərindəki irmak (çay) sözündən və -i şəkilçisindən ibarət olub, "çaylı" mənasını ifadə edir. Armaki qədim türk dillərində "at bağlanan yer", "at tükündən toxunmuş kəndir" mənalarını da bildirmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Toponimikası Ərməki oyk, düz. Düzənlikdədir. Toponim türk dillərindəki irmak (çay) sözünə -i şək.-sini əlavə etməklə yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Turizm Kənd ərazisində "Qırmızı Qərənfil" İstirahət Mərkəzi yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 646 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri