Şato (Çincə: 沙陀 pinyin: shā tuó, Sha-t'o) — Qərb Göytürk Xaqanlığının ərazisində yaşayan türk tayfaları. Bu ad onlara Şato səhrasında yaşadıqları üçün verilmişdir. Tarixi Miladdan sonra VII əsrdə Fərqanədə qədim Usunların ərazisində yaşayan Şato tayfaları bir əsr sonra artıq Yanmin əyalətini tutaraq Barkul gölü ətrafında yerləşmiş, daha sonralar Şensi, Qansu və Şansi əyalətlərinə köçmüş, sonrakı əsrlərdə isə Quzey Çini zəbt etmişlər. Qumilyov yazır ki, şatolar Şərqi Cunqariya ərazisində, Burkul gölünün ətrafında yaşayırdılar. Tan imperiyasına tabe idilər. Гумилев Л. Н., Древние тюрки, М., 1967;
Hakimləri Şato tayfasının hakim ailəsi Çuye (朱邪) adlanırdı. Çuye Ake Çuye Quçu - İşbara xaqanla birlikdə Tan imperiyasına qarşı üsyana qoşulmuşdu.651-ci ildə məğlub edilmişdi. Çuye Cinşan - 661-ci ildə Yağlakarlara qarşı səfərbərliyə qoşulduğu üçün Moliçun qarnizonu komandanı təyin olunmuşdu. 702-ci ildə Çinmanzu qubernatoru və Çanqyeçunqonq knyazı idi. 712-ci ildə hələ sağ idi. Çuye Fukuo - Şato Cinşan və Şanquo xatunun oğlu idi. 714-cü ildə Çinmanzu qubernatoru təyin olunmuşdu. Aşina Çi ilə evlənmişdi. Yonqşuçin böyük knyazı idi. Çuye Kutuçi - Şato Fukuonun oğlu idi. 714-cü ildə Uyğurların hakim müavini idi. 740-cı ildə An Luşan üsyanına qarşı Çinin tərəfində qoşuldu.Sərkərdəliyə qədər yüksəldi. Çuye Cinçonq (朱邪盡忠) - Ciukuan knyazı idi. Bu dövrlərdə Şatolar Tibetdən asılı idilər. 808-ci ildə 30.000 türklə birgə Çinə köçməyə qərar verən Cinçonq Tibetlilərin müqaviməti ilə qarşılaşdı. Baş verən döyüşdə Cinçonq öldürüldü. Çuye Çiyi (朱邪執宜) - Şatoların qalan hissəsini indiki Daxili Monqolustan torpaqlarına gətirdi. Qısa zaman sonra tayfanın digər hissəsi də Cinçonqun qardaşı Çuye Abo (朱邪阿波) ilə birgə gəldi. 817-ci ildə Vanq Çenzonq (王承宗) üsyanına qarşı Çinə kömək etdi.Həmin il U Yuançinin üsyanını da yatıran Çiyi daha böyük vəzifələrlə mükafatlandırıldı. Çuye Çisin (朱邪赤心) - 839-cu ildə Uyğur baş naziri Yuelovu Külüg bəyə qarşı üsyan qaldırdı.Şatolardan yardım üçün Çisinə 300 at göndərdi. Şato ordusu qısa bir zamanda Ordu Balıq şəhərini mühasirəyə aldı. Külüg bəy intihar etdi. Çuye Çisin daha sonra Tan sülaləsinə Tibetə qarşı yürüşlərində kömək etdi. Li Keyonun atasıdır. 887-ci ildə vəfat edib.
İmperatorlar
Sonrakı Tan Şatolar əvvəl Cin knyazlığının, daha sonra isə Sonrakı Tan sülaləsinin əsasını qoymuşdular. Rəsmİmperator tituluƏsl adıÇin adıÖlümdən sonrakı adıMəbəd adıEra adıHakimiyyət illəriÇuye Çiyi (朱邪執宜)昭烈皇帝 (Görkəmli, seçkin imperator)Yiçü (懿祖) TəvazökarHeç vaxt imperator olmayıb. Ölümündən sonra fəxri ad verilibÇuye Çisin (朱邪赤心)Li Quoçanq (李國昌)文景皇帝 (Müdrik, parlaq imperator)Hsiançü (獻祖) ƏcdadHeç vaxt imperator olmayıb. Ölümündən sonra fəxri ad verilib?-887border|center|frameless|247x247pxLi Keyon (李克用)武皇帝 (Döyüşkən imperator)Taiçü (太祖) Böyük əcdadHeç vaxt imperator olmayıb. Ölümündən sonra fəxri ad verilib896/907-908center|frameless|267x267px光聖神閔孝皇帝 (Müqəddəs işıqlı imperator)Li Çunşü (李存朂/
李存勗/
李存勖)Çonqçonq (莊宗) Ləyaqətli əcdadTonqquanq (同光) İşıqlı dövr
13 may, 923 – 11 iyun, 926908-926聖明神武文德恭孝皇帝 (929-933)
聖明神武廣道法天文德恭孝皇帝
(933)Li Miyaoçili (邈佶烈)Li Siyuan (李嗣源)
927-ci ildən sonra:
Li Dan
(李亶)Minqçonq (明宗) Parlaq əcdadTiançenq (天成) Səmavi mükəmməllik
926–930
Çanqhsinq (長興)
Uzun intibah
930–933926-933Li Konqhu (李從厚)閔皇帝 (Ehtiyatlı imperator)Yinqşun (應順) 933-934933-934Vanq Konqke (王從珂)Li Konqke後唐末帝 (Son imperator)
後唐廢帝
(Devrilmiş imperator)Kinktay (清泰) 934-937934-937
Sonrakı Cin, Sonrakı Xan və Şimali Xan Sonrakı Cin Şatoların qurduğu ikinci imperiya idi. Çuyelərlə Çinə gəlmiş, Tan sülaləsinə tabe olmuşdular. Sonrakı Tan sülaləsi sərkərdəsi Şi Cinqtanq öz imperiyasını elan etmişdi.
RəsmƏsl adıÖlümdən sonrakı adıMəbəd adıEra adıHakimiyyət illəricenter|frameless|167x167pxŞi Cinqtanq (石敬瑭)聖文章武明德孝皇帝Qaoçu 高祖 Ulu əcdadTianfu (天福) Səmavi bolluq
936-943936-942Şi Çonqqui後晉出帝
(Sürgün edilmiş imperator)
後晉少帝
(Gənc imperator)Tianfu (天福)
Səmavi bolluq
942–944
Kaiyun (開運)
Artmış bəxt
944–947942-947 Sonrakı Xan və Şimali Xan Sonrakı Xan sülaləsi 947-ci ildə Liu Çiyuan adlı bir Şato sərkərdəsi tərəfindən yaradılmışdı. Atası Liu Dian (劉琠) Li Keyonun sərkərdələrindən biri idi.center|frameless|167x167pxLiu Çiyuan (劉知遠)睿文聖武昭肅孝皇帝Qaoçu 高祖 Ulu əcdadTianfu (天福) Səmavi bolluq
947
Kianyu (乾祐)
948947-948Liu Çenqyu (劉承祐)隱皇帝 (Dumanlı imperator)Kianyu (乾祐) 948-951948-951Liu Çonq (劉崇) 885-951
Liu Min (劉旻)
951-954神武皇帝 (Müdrik və güclü imperator)Şiçu 世祖 Nəsil əcdadıKianyu (乾祐) 951-954951-954Liu Çenqçun (劉承鈞)孝和皇帝 (Dindar imperator)Ruiçonq 睿宗皇帝 Uzaqgörən əcdadKianyu (乾祐) 951-954
Tianxuy (天會)
957–970954-970Liu Cien (劉繼恩)Şaoçu 少主 Kiçik hökmdar970Liu Ciyuan (劉繼元)英武帝 (Çiçəklənən imperator)970-982
İstinadlar
Mənbə Chavannes, Édouard (1900), Documents sur les Tou-kiue (Turcs) occidentaux. Paris, Librairie d’Amérique et d’Orient. Reprint: Taipei. Cheng Wen Publishing Co. 1969. Findley, Carter Vaughn, The Turks in World History. Oxford University Press, (2005). ISBN 0-19-516770-8; 0-19-517726-6 (pbk.) Mote, F.W.: Imperial China: 900-1800, Harvard University Press, 1999 Zuev Yu.A., "Se-Yanto Kaganate And Kimeks (Türkic ethnogeography of the Central Asia in the middle of 7th century)", Shygys, 2004, No 1, pp. 11–21, No 2, pp. 3–26, Oriental Studies Institute, Almaty (In Russian) Chinaknowledge: 5 DYNASTIES & 10 STATES Şato
Kateqoriya:Göytürk xaqanlığı Kateqoriya:Çin tayfaları Kateqoriya:Türk xalqları Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar