Morqan Lüis Henri (; ) – ABŞ alimi, etnoqrafı və arxeoloqu.
Həyatı Amerika hindililərinin məişətini öyrənərək ibtidai cəmiyyətin tarixinə dair sanballı material toplamış, "Qədim cəmiyyət" əsərində (1877) ümumiləşdirmişdir. Siniflərə qədərki cəmiyyəti tarixinin dövrləşdirilməsini yaratmaq cəhdi Morqana məxsusdur; bu cəhd hər bir dövrü istehsal texnikasının inkişafı ilə əlaqələndirmək baxımından qiymətli hesab edilir. Morqan müəyyən etmişdir ki, ailə cəmiyyətin inkişafı ilə birlikdə dəyişən tarixi hadisədir. Luis Henri morqan 40 il müddətində irokezlerle birlikdə yaşamış və onların həyatını öyrənmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ etnoqrafları Kateqoriya:ABŞ arxeoloqları Kateqoriya:ABŞ feministləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XIX əsr bioloqları Kateqoriya:ABŞ filosofları