Məzmun Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır.
Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.
Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də nəticə vermir. Onlar direktorun kənddən getməsini, onun uşaqlara əziyyət verdiyini düşünürlər.
Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır. Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.
Film haqqında Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Azərbaycanda filmin rus variantı saxlanılmışdır. Azərbaycan variantı isə çox güman ki, Moskvada saxlanılır. 2011-ci ildə filminin bərpası başa çatıb. Bərpa Dövlət Film Fondu və Rusiya Teleradio Fondu ilə birlikdə həyata keçirilib. Rus dilində olan film Azərbaycan Dövlət Televiziyası tərəfindən dublyaj olunub"Yay gününün xəzan yarpaqları" .
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Zəfər Murtuzov Məsləhətçi: Əjdər Ağayev (pedaqogika elmləri namizədi) Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Montaj edən: Nataliya Albitskaya, Lyudmila Lotina Qrim rəssamı: Telman Yunusov Geyim rəssamı: Məlahət Hümbətova Rejissor assistenti: A. Əliyev, E. Bayramov Operator assistenti: Xaqani Hüseynov, R. Səfərəliyev Redaktor: L. Kazaçenko İnzibatçı: Vladimir Dudniçenko, Liliya Zöhrabova Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: Konstantin Krimets Mahnıların mətni : M. Muradov Mahnı ifa edən: Mübariz Tağıyev Filmin direktoru: Əli Məmmədov
Rollarda Səyavuş Aslan-Şəmsi Nəcibə Hüseynova-Nərgiz Firəngiz Şərifova-Güllü Əşrəf Quliyev-Musa Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Kazım Yaşar Nuri-Rizvan Yalçın Əfəndiyev-Yalçın Aygül İsmayılova-Gülçöhrə Elnur Məmmədov-Qurban Natiq Abdullayev-Şəhriyar Əminə Yusifqızı-Firuzə Hacı İsmayılov-Mühasib Rəfael Dadaşov-İnspektor Qəmbər Yusifov-İsfəndiyar Rafiq Kərimov-Lətif Şücaət Həbibov-Briqadir Zəroş Həmzəyeva-Səməngül Arif Quliyev-Bufetçi Cahangir Aslanoğlu-Rayon maarif müdiri Sona Mikayılova-Poçt işçisi F. Əsgərova B. Hacıyev N. Axundova E. Hüseynova R. Abdullayeva E. Əliyev K. Rzayev Muxtar Maniyev-Rayon təhsil işçisi Mayak Kərimov-Rayon təhsil işçisi Larisa Xələfova-Rayon təhsil işçisi
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə
Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:İsmayıllıda çəkilən filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri