() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Yabanı halda Cənubi Afrika nın dağ meşələrindən və sahilyanı qumlarında bitir.
Botaniki xarakteristikası Hündürlüyü 1,7 m-dək böyüyən, sürənən və sarmaşan zoğları olan bitkidir. İynəli gövdələrinin uzunluğu 100 sm-ə çatır, çılpaq, açıq- yaşıl, nazik zoğludur. Fillokladiləri (dəyişmiş gövdələri) yarpaqşəkilli, yumurtavari, parlaq yaşıldır. Yarpaqları hamar, parlaq olub, uzunluğu 4 sm-ə çatır. Ürəkşəkilli kladodiləri vardır. Çiçəkləri xırda, ağdır. Meyvələri narıncı-qırmızı giləmeyvələrdir.
Ekologiyası Meşələrdə çürüntülü, xam torpaqlarda, kölgəli ərazilərdə yaxşı bitir.
Azərbaycanda yayılması Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Yaşıllaşdırmada çox az rast gəlinir.
İstifadəsi Bu növün kəsilmiş zoğları uzun müddət öz təravətini saxlayır, ona görə dəstələr və çiçək kompozisyaları düzəltdikdə onları tamamlayır. Meyvələri portağal qoxuludur. Bu növdən dirəkdə və ampel bitkisi kimi də istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Afrika florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:CAR florası