Suy sülaləsi (Çincə: 隋朝, Hanyu Pinyin: suí cháo) — Çində (586–618)-ci illər arasında iqtidarda olmuş xanədan.
Tarixi Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586–618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi. VI əsrin sonu VII əsrin əvvəllərində "Yantszı" və "Xuanxe" çaylarını birləşdirən, uzunluğu 1700 km olan "Böyük kanal" çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi.
Suy sülaləsi imperatorları Ölümündən sonrakı adı Adı İllər Təqvim erası və erasının illəri Tarixdə qəbul edilmiş forma: "Suy" + ölümündən sonrakı adı Suy Ven-di文帝 Wéndì Yan Szyan楊堅 Yanq Jian 581–604 Kayxuan (開皇 Kāihuáng) 581–600 Jenşou (仁壽 Rénshòu) 601–604 Suy Yan-di煬帝 Yángdì Yan Quan楊廣 Yáng Guǎng 605–617 Dae (大業 Dàyè) 605–617 Suy Qun-di恭帝 Gōngdì Yan Yu楊侑 Yáng Yòu 617–618 İnin (義寧 Yìníng) 617–618
İstinadlar
Həmçinin bax Yen-Men qalasının mühasirəsi Çin tarixi
Xarici keçidlər
Kateqoriya:Sülalələr Kateqoriya:Çin tarixi Kateqoriya:VI əsrdə Çin Kateqoriya:VII əsrdə Çin Kateqoriya:VII əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Monqol dövlətləri