Onurğa beyni xaricdən daxilə doğru üç qişa () ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – ; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – və 3) onurğa beyninin yumuşaq qişası – . Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – və daxili səfhə – . Bunların arasında maye toplanmağa başlayır; mayenin təzyiqi nəticəsində onların arasında sahə – subdural boşluq – əmələ gəlir. Sonradan xarici səfhə iki qata ayrılır: xarici və daxili qat. Xarici qat kəllə boşluğunda – sümüküstlüyünü və onurğa kanalında – beynin sərt qişasının xarici səfhəsini, daxili qat isə kəllədə beynin sərt qişasının daxili səfhəsini və onurğa kanalındasərt qişanın özünü () təşkil edir. Xarici və daxili qatların arasında qalan sahəyə kəllədə sərt qişaarası boşluq – və onurğa kanalında sərt qişaüstü boşluq – deyilir. Embrional həyatın ikinci yarısında daxilisəfhə də iki qata ayrılır: xarici və daxili qat; xarici qatdan hörümçək torunabənzər qişa () və daxiliqatdan yumuşaq qişa () əmələ gəlir. Bu qişaların arasında sahə meydana çıxır; həmin sahəyə hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq – deyilir. Yuxarıda qeyd olunan sahələrin hamısı limfa ilə tutulmuş olur.
Sərt qişa Onurğa beyninin sərt qişası – sərt birləşdirici toxumadan təşkil olunmuş uzun və geniş bir kisə şəklindədir; xarici boşluq vasitəsilə onurğa akanalının sümük üstlüyündən (endorachis) ayrılmışdır; bu boşluğa sərt qişaüstü (epidural) boşluq – deyilir. Həmin boşluq zəngin venoz kələflərlə () limfa yolları və bir qədər hücrəli toxuma ilə tutulmuşdur. sərt qişa ilə hörümçək torunabənzər qişa arasında yarıq şəklində boşluq qalır; buna sərt qişaaltı (subdural) boşluq – deyilir. Bu boşluq limfa ilə tutulmuşdur, o, yuxarıda kəllə daxilindəki eyni adlı boşluqla birləşir, aşağıda isə II oma fəqərəsi bərabərliyində qapalı surətdə tamam olur. Sərt qişanın ardı uc sap üzərinə keçir. Sərt qişa yuxarıda böyük ənsə dəliyinin kənarına möhkəm bağlanmışdır; yanlardan onun ardı çıxıntı şəklində fəqərəarası dəliklərə doğru gedərək, ventral və arxa köklərin bir-birinə yaxınlaşmış hissələrini və onurğa beyni qanqlionlarını örtdükdən sonra, onurğa beyni sinirlərinin xarici birləşdirici toxuma qişasına keçir. Öndən sərt qişa deyilən lifli dəstələr vasitəsilə onurğanın sümüküstlüyünə və dal boylama bağına bağlanmışdır. Bu üsulla onurğa beyninin sərt qişası onurğa kanalına fiksasiya olunur. Sərt qişanın epidural və subdural boşluqlara baxan səthləri endotel ilə örtülüdür.
Hörümçək torunabənzər qişa Hörümçək torunabənzər qişa – damarsız nazik birləşdirici toxuma qişadır; o, xaricdən və daxildən endotellə örtülüdür. Hörümçək torunabənzər qişa sərt qişadan subdural boşluq və yumşaq qişadan hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq – deyilən geniş limfa sahəsi vasitəsilə ayrılmışdır. Bu boşluq beyin – onurğa beyni mayesi – adlanan şəffaf maye ilə tutulmuşdur. yuxarıda kəllə daxilində eyni adlı boşluqla birləşir; aşağıda böyük bir genişlik – uc sisterna – əmələ gətirir. Bu genişlikdə at quyruğu yerləşir. Həmin sisternadan bel punksiyası etməklə beyin-onurğa beyni mayesini almaq olur. Subaraxnoideal boşluqda olan maye, epidural boşluqda olan hücrəli toxuma və venoz kələflər onurğa beyni üçün elastik yastıq vəzifəsini daşıyır; onlar gövdənin hərəkəti zamanı meydana çıxan vurğuları zəifləşdirib, onurğa beyni üçün yaxşı şərait yaradır. Hörümçək torunabənzər qişa boyun nahiyəsində dal-orta şırım boyu birləşdirici toxuma sapları vasitəsilə yumuşaq qişaya bağlanmışdır; bu saplar birlikdə ara boyun arakəsməsi – adlanır. Həmin arakəsmə hörümçək torunabənzər qişadan başlayaraq onurğa beyninin dal orta şırımına daxil olur və onurğa beyninin fiksasiyasında iştirak edir.
Yumşaq qişa Yumşaq qişa – bir-birilə çarpazlaşmış kollagen və argentofil (gümüş duzalrı ilə boyanan) birləşdirici toxuma liflərində təşkil olunmuşdur; onurğa beynini bilavasitə xaricdən əhatə edir. bu qişa quruluş cəhətcə iki qatdan ibarətdir: xarici və daxili. Daxili qat bilavasitə onurğa beyninə bitişmişdir; xarici qat subaraxnoideal boşluq tərəfdən endotellə örtülüdür. Yumşaq qişanın qatları arasında yumşaq qişaarası boşluq – adlanan limfa sahəsi (perivaskulyar limfa sahələri) vardır. Onurğa beyninin yan tərəflərində, ventral və arxa köklər arasında, yumşaq qişadan kiçik səfhə şəklində 19-23 ədəd dişli bağ – başlayır; bunlar frontal istiqamətdə düzülərək yanlara doğru gedir və bayır ucları bir qədər sivriləşərək hörümçək torunabənzər qişa ilə birlikdə sərt qişaya bağlanır. Həmin bağlar onurğa beyninin fiksasiyasında iştirak edir.
Onurğa beyni qişaları onurğa, dərin boyun və seqmentar arteriyalardan çıxan ilə qidalanır. Venoz qan daxili venoz onurğa kələflərinə () toplanır. İnnervasiyası – onurğa beyni sinirlərindən çıxan adlı şaxələr ilə olur.
İstinadlar
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 19-37, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
Xarici keçidlər
Spinal Cord Histology Spinal Cord Medical Notes eMedicine: Spinal Cord, Topographical and Functional Anatomy Spina Bifida – Topic Overview Potential for spinal injury repair Sehr detailliert beschrifteter Querschnitt des menschlichen Rückenmarks (Dr. Jastrow) İnsanın onurğa beyninin en kəsiyi üzərində incə detallarla izahlı təsviri (Dr. Yastrov)
Kateqoriya:Sinir sistemi