Muğan mahalıBu tarixi Muğan mahalının yerini 1921-ci ildə Petropavlovka dairəsi aldı. Salyan qəzası VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzalar ləğv ediləndən sonra eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır. — tarixi-coğrafi və inzibati ərazilərdən biri, 13-15-ci əsrlərdə Muğan tüməni, 1900-1921-ci illərdə Cavad prefekturası, 1921-1930-cu illərdə Petropavlovka dairəsi kimi adlanıb.
Tarixi Eyniadlı düzlükdə yerləşən tarixi ərazidən adını götürüb. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür.Richard Tapper. MOḠĀN // Ираника. January 1, 2000
Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb.
Xilafət dövrü Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib. Türk-monqol tayfalarının köçü
Hələ monqol istilasından əvvəl türkmənlər (Azərbaycan türkləri) Arran və Muğanda “qarışqalar kimi qaynaşırdılar”. Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkman köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.Planhol, Xavier de, Kleiss, Wolfram, Schippmann, Klaus, Bosworth, C. Edmund, Kuniholm, Bruce R., Tapper, Richard, Yarshater, Ehsan, Doerfer, Gerhard, Johanson, L., Javadi, Hasan et al., “AZERBAIJAN”, in: Encyclopaedia Iranica Online, © Trustees of Columbia University in the City of New York. Consulted online on 16 July 2023 <http://dx.doi.org/10.1163/2330-4804_EIRO_COM_6200 >
Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadığı Muğan düzünə Elxani hökmdarı Qazan xan dövründə bir sıra türk və monqol tayfaları köçürülmüşdür. Bu tayfalardan qalanlara alman səyyahı Adam Oleari XVII əsrdə rast gəlmişdir. Muğanın Salyan şəhəri monqol dilində "Dalan-Navur" adlandırılırdı.
Bayandurlar tayfasına daxil olan Mosullu oymağının bir hissəsi Muğanda və Qarabağda məskunlaşmışdı.Ənvər Çingizoğlu. Mosullu oymağı. "Soy" dərgisi, 7 (15), 2008. səh.47–56. Şahsevənlərin qolu olan Muğanlı tayfası XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti", II cild, Bakı, "Şərq-Qərb", 2007, s. 119N. Bəndəliyev "Dağlıq Şirvanın toponimləri", Bakı, "Elm, s.143–145 1759-cu ildə Qubalı Fətəli xanın Salyanı işğal etməsindən sonra Muğan düzündəki şahsevənlərin bir qismi Quba xanlığında yerləşdirilmişdir.Бутков П. Г. Материалы для новой истории Кавказа съ 1722 по 1803 годъ. Ч. 1. — Санкт-Петербург, 1869. — С. 249.
Ərəb coğrafiyaşünası və səyyahı Əl-Məsudi Muğaniyyə haqqında belə məlumat verir: "Bura Qəbələ ilə qonşu olan Muğan ölkəsidir. Bu ölkə Muğaniyyə adlandırılmışdır və Xəzər dənizi sahilindəki ölkə deyildir. Muğaniyyə Kür çayından şimalda Girdimançay və Göyçay çaylarının aşağı axarı boyunca uzanır. O biri Muğan şəhəri olan Xəzər dənizinin sahilində yerləşən ölkədir.
Xanlıq dövründə mahal indiki Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub.
Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası 1921-1929-cu illərdə Salyan qəzasının dairəsi,1929-1930-cu illərdə isə ləğv edilmiş Salyan qəzasını əvəzləyən Muğan mahalının dairəsi olmuşdur. Petropavlovka dairəsi adlandırılmışdır.
Əhalisi Tarixin bir az dərin qatlarına nəzər salsaq, onda görərik ki, V-VII əsrlərdən X əsrə qədər Muğan düzündə sıx oturaq əhali yaşamış və bu düzənliklərdə çoxlu suvarma kanalları qazılmış, böyük əkin sahələri və zəngin bağlar salınmışdı. Xanlıq dövründə isə Muğanda yerləşən yaşayış məskənləri bərbad vəziyyətdə idi. XVI-XVII əsrlərdə baş vermiş Osmanlı-Səfəvi müharibələri Muğan düzündə əkinçilik mədəniyyətinin dirçəlməsinə imkan vermirdi və Muğançöldən daha çox qışlaq yeri kimi istifadə olunurdu. Muğan düzünün böyük bir hissəsinə sahib olan Cavad xanlığı - Ərdəbil, Qaradağ, Gilan xanlıqları ərazisindən - Muğançöldə qışlamaq üçün axışan Şahsevən tayfaları qarşısında aciz idi. Tarixi məxəzlərdə Cavad xanlığını idarə etmiş iki xanın - Həsən xanın və Səfi xanın adı saxlanılmışdır. 1780-ci ildə Bakıda olmuş konsul Tumanovski Cavadlı Həsən xanın Kür və Araz çayları arasında olan əraziləri idarə etdiyini və Fətəli xandan asılı olduğunu təsdiq edir. Həmin dövrdə Cavad xanı Muğanı da idarə edirdi. Bumaşevin 1786-cı ilə dair tarixi məlumatında Muğançöldə yaşayan əhali haqqında qeydlər vardır. O, yazırdı ki, burada Həsən xanın başçılığı altında 1500 ailədən ibarət köçərilik edən tərəkəmə elləri yaşayır.
250px|thumb|right|Şahsevən tayfasına aid qızlar.
250px|thumb|right|Şahsevən qızı.
Onların özünəməxsus dili var və məhəmmədi dininə inanırlar.ARDTA,iş.581 Həsən xan Fətəli xandan asılıdır. Mənbələr Cavad xanlığı əhalisinin dilini tatarca, qarışıq türk dili kimi göstərir. Beləliklə, XVIII əsrin 80-ci illərində Muğan xanlığında (Cavad xanlığı) azəri türkcəsində danışan 1500 ailənin hər birini orta hesabla 6 nəfər götürsək, onda bu erazidə 8000 nəfər əhali yaşadığı məlum olar. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Cavadda əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığın Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. XVIII əsrin 80-ci illərində Azərbaycan xanlıqlarında əhalinin siyahıya alınması keçirilmədiyindən polkovnik Bumaşevin Muğan əhalisinin ümumi sayı haqqındakı məlumatları elmi baxımdan şübhə doğurmaya bilməz. Belə ki, Bumaşev digər Azərbaycan xanlıqlarında (Dərbənd, Şəki) yaşayan xristian əhalinin sayımı xeyli şişirdir və onun tarixi qeydləri digər statistik qaynaqlarla təsdiqlənmir. Beləliklə, yuxarıdakı rəqəmlər öyrənilən dövrün tarixi reallığım tam əks etdirmir, çünki qışda maldarlığın inkişafı üçün təbii otlaqlarla zəngin olan Muğan düzənliyinin və Cavad bölgəsinin əhalisi gəlmə əhali hesabına xeyli çoxalırdı. XIX əsrə dair tarixi qaynaqlann birində Şirvan əyalətinin tarixi coğrafiyası ilə bağlı qeydlərdə Muğançölün əhalisi haqqında ötəri məlumat verilir. Bu əyalətin əhalisinin sayı ciddi dəyişikliyə məruz qalmışdır. Deyilənlərə görə, təkcə Muğan düzü 40000-ə qədər ailənin məskunlaşdığı yer olmuşdur.
thumb|250px|right|Şahsevənlər.
Doğrudan da Cavad bölgəsi, həmçinin Muğançöl Rusiya işğalına qədər Araz çayının (o taylı - bu taylı) həm şimalında, həm də cənubunda yerləşən Azərbaycan xanlıqlarının tərəkəmə əhalisinin təbii qışlaq yeri olmuşdur. Rusiya işğalından sonra isə bu ənənə pozulmuşdur. XVIII əsrdə Cavad xanlığında da əhalinin sayımı keçirilmədiyindən buraya gələn və gedən əhalinin miqdarındakı fərqi müəyyən etmək mümkün deyildir. Lakin, buna baxmayaraq, mənbələr Cavad xanlığında yerləşən kəndlərin əhalisinin tarixi-demoqrafik durumu haqqında müəyyən məlumat verməkdədir. Muğan bölgəsi əhalisinin tərkibinə mənfi təsir göstərmiş amillərə nəzər yetirək. Hələ Cavad xanlığı yaran mamışdan xeyli qabaq buranın əhalisi müəyyən demoqrafik dəyişikliyə məruz qalmışdı. Rusiya çarı və Səfəvi şahı II Təhmasib arasında 1723-cü il Osmanlı Portası ilə 1724-cü il müqavilə traktatlarına görə Cavad üç ölkənin sərhəd məntəqəsinə düşüb. 1724-cü il 24 iyun Osmanlı Türkiyəsi ilə Rusiya arasındakı İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə parçalanmış Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayırıcı qoyulurdu. Üçüncü mərəz Kür ilə Arazın kəsişdiyi Suqovuşan adlı yerə düşürdü. Əlbəttə, belə bir siyasi şəraitdə yerli əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması qeyri-mümkün idi. Göstərilən bölgədə sərhədçilər yerləşdirilirdi. Şəhərin dağıdılmasını digər qaynaqlar da təsdiq edir. Osmanlı Türkiyəsi, Səfəvi dövləti və Rusiya dövlətlərinin sərhədləri Cavadda kəsişirdi. Bölgüyə görə Cavad Rusiyanın payına düşürdü. Beləliklə, hələ Azərbaycan xanlıqlar yaranmamışdan xeyli qabaq Muğan və Cavad əhalisi ciddi demoqrafik dəyişikliyə məruz qalmışdılar. Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının marağına əks idi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi.
Fətəli xanın ölümündən sonrakı dövrdə (XVIII əsrin 90-cı illərində) keçmiş Muğan mahalının ərazisi əvvəlcə Qarabağ xanlığının, 1795-ci ildən sonra isə Şamaxı xanlığının tərkibinə qatılır.
300px|thumb|right|Cavad (Dschawat) və Qalaqayın (Kalagail).1804-cü il.
1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.
Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)
1-2Məmməd Rza bəyMəlik bəy3-4Məhəmməd Əli bəyAbdulla bəy5-6Yolçu bəySəfi Mirzə bəy7-8Əhməd bəyMolla Abdulla9-10Cəmşid bəyMəhəmməd Hüseyn bəy11-12Ağa bəyƏsədulla bəy13-14Məhəmməd Xəlif bəyŞahmurad bəy15-16Kəlbəlai bəyAbdulla Hüseyn bəy17-18MəlikMəmməd bəyƏli xan19-20Əhməd Əli bəyƏli bəy21-22Talib bəyŞərif bəy23-24Məmməd Əli bəyHüseyn bəy25-26Cəfər bəyMəşədi Həsən Əli bəy27-28Əhməd bəyMehmed bəy29-30Qaynaqdan oxunmurCosuz bəy31-32Əli Məmməd bəyPotu bəy33-34Əli Mirzə bəyAxund Qasım bəy 35-36Ağa Rəhim bəySeyid Qasım bəy37-38Allahverdi bəyİbrahim bəy
Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.
Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi