Henri Morgentau (, ) – ABŞ diplomatı. Birinci Dünya müharibəsi (1914–18) dövründə Osmanlı dövlətində Amerika səfiri.
Həyatı Paris Sülh Konfransında (1919–20) ABŞ nümayəndə heyətinin üzvü olmuşdur. Kofransın gedişində, Azərbaycan istiqlalının birinci ildönümü günündə (1919 il mayın 28-i) Əlimərdan bəy Topçubaşovla görüşmüşdür. Görüşdə həmin günün ikinci yarısında ABŞ prezidenti Tomas Vudro Vilsonla keçiriləcək danışıqlarda müzakirə ediləcək məsələlər müəyyənləşdirilmişdir. Morgentau Azərbaycanın zəngin təbii ehtiyatlarını və sənaye potensialını nəzərə alaraq, ölkənin iqtisadiyyatına Amerika kapitalının cəlb edilməsini və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə maliyyə yardımı göstərilməsini mümkün hesab etmişdir. 1919 ildə Yaxın şərqdə Amerika yardımı komitəsinin sədr müavini olmuşdur.
Əsərləri The Ambassador Morgenthau’s Story (1918) The Secrets of the Bosphorus (1918) The Morgenthau Report (October 3, 1919) I was sent to Athens (1929)
Ədəbiyyat Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər)., B., 1993; Qasımlı M., Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, h.l (1918–1945-ci illər), B., 2003; Архив полковника Зайза. 1,4, Б., 1944.
İstinadlar
Xarici keçidlər Ambassador Morgenthau’s Story. An electronic copy of his most contentious book, at the World War I Document Archive. Ambassador Morgenthau’s Story . With translations in French, German and Turkish. I was sent to Athens.
Kateqoriya:Diplomatlar Kateqoriya:XX əsr ABŞ diplomatları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:ABŞ immiqrantları Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ vəkilləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:ABŞ-nin Türkiyədəki səfirləri Kateqoriya:Türkiyə tarixi Kateqoriya:XIX əsr ABŞ siyasətçiləri Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər