Möhbalı Firudin bəy oğlu Əmiraslanov () — Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı, podpolkovnik.

Həyatı Möhbalı Firudin bəy oğlu Əmiraslanov 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub. 1920-ci ilin avqust ayında Qubadlı qəza milis idarəsində işə girir və 1924-cü ildə Bakıya gələrək texnikumun axşam şöbəsinə daxil olur və gündüz taxta zavodunda fəhlə işləyir. 1927-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olur və 1929-cu ildə Stalin adına Moskva Polad İnstitutuna təhsilini davam etdirməyə göndərilir.

1931-ci ildə o, Leninqrada göndərirlir və 1934–1936-cı illərdə Daşkəsən metallurgiya kombinatında baş mühəndisi əvəz edərək, tikintiyə rəhbərlik edir. 1936-cı ildə Azərbaycan Dəzgahqayırma zavoduna direktor təyin edilir. 1938-ci ildə Xalq Yerli Sənaye Komissarının müavini vəzifəsində işləyir. 1939-cu ildə toxuculuq sənayesi naziri təyin edilir və 1941-ci ilin mart ayından Azərbaycan KP tikinti və inşaat materialları üzrə katibi seçilir.

1942-ci ildə müharibəyə gedir. Döyüşlərdə iştirak edən M. Əmiraslanov 1944-cü ildə podpolkovnik rütbəsi alır. 1945–1951-ci illərdə Zaqafqaziya sənaye tikinti trestinə rəhbərlik edir. 1951–1954-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin birinci müavini təyin edilir. 1954-cü ildə o, yüngül sənaye naziri təyin edilir. 1956-cı ildə onu Bakı baş tikinti idarəsinə rəis göndərirlər. 1961-ci ilin martında Möhbalı Əmiraslanov Respublika Nazirlər Soveti yanında Dağ-Mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsinin sədri təyin olunur.

O, Azərbaycan SSR Ali Sovetini 2-ci və 3-cü çağrışında deputat seçilmişdir.

İşlədiyi illərdə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1944–1954-cü illərdə Azərbaycan KP MK-nın büro üzvü seçilib. 1981-ci ilin yanvarında təqaüdə çıxmış və 1984-cü il mayın 15-də dünyasını dəyişmiş, Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:Sənaye müəssisələrinin direktorları